Icma.az
close
up
RU
Uzun müddət oturmaq hansı xəstəliklərə səbəb ola bilər?

Uzun müddət oturmaq hansı xəstəliklərə səbəb ola bilər?

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Uzun müddət fasiləsiz oturmaq sağlamlıq üçün ciddi risklər yarada bilər.

Bizimyol.info xəbər verir ki, mütəxəssislər bildirirlər ki, xüsusilə masa arxasında çalışan insanların hər 20 dəqiqədən bir qısa müddət ayağa qalxaraq hərəkət etməsi orqanizm üçün faydalıdır.

Araşdırmalara əsasən, qısa fasilələrlə ayağa qalxmaq və bir neçə dəqiqə hərəkət etmək qan dövranını yaxşılaşdırır, qan şəkəri və insulin göstəricilərinin daha sabit qalmasına kömək edir. Bu vərdiş eyni zamanda əzələlərin gərginliyini azaldır, bel və boyun ağrılarının qarşısını almağa kömək edir.

Belə kiçik dəyişikliklər uzunmüddətli perspektivdə sağlamlığın qorunmasına və iş məhsuldarlığının artırılmasına müsbət təsir göstərə bilər.(Xitab24.az)

Masa arxasında çalışan insanlar gün ərzində bu riskləri azaltmaq üçün nələrə diqqət etməlidirlər?

Bu barədə Bizimyol.info xəbər portalına danışan həkim-terapevt Şahvələd Məmmədov bildirib ki, uzun müddət oturaq həyat tərzi keçirən insanlar ürək-damar xəstəliyi yaşayırlar: “Ümumiyyətlə, oturaq həyat tərzi keçirən insanlar arasında ən çox yaşlı insanlara rast gəlinir. Bugünkü gün 35-40 yaşdan sonrakı insanlar yaşa dolduqca çox ciddi problemlərlə üzləşirlər.

Uzun müddət kreslo arxasında oturan insanlar, məsələn, vəzifə insanları, adinamiya olan insanların əksəriyyəti ürək-damar riskləri yaşayırlar. Erkən insult, erkən infarkt, şəkərli diabet, insulin rezistentliyi ilə üzləşirlər. Aşağı ətrafların baldır damarlarında tromboflebit, varikoz kimi digər fəsadlarla qarşılaşırlar.

Ona görə masa arxasında çalışan insanlar üçün bu riskləri azaltmaq məqsədilə, kimliyindən asılı olmayaraq, həftə ərzində günaşırı olsa da, işdən sonra, yaxud səhər tezdən 1 saat yerimək lazımdır. Bu da sağlamlığa çox yaxşı təsir göstərir və oturaq işin fəsadlarının qarşısını almağa xeyli kömək edə bilər”, – deyə Şahvələd Məmmədov vurğulayıb.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 12 Avqust 2026 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see326

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see325

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see323

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see264

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see257

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see256

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see253

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see250

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see249

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see236

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see213

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see208

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see207

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri