Icma.az
close
up
RU
Uzun saç uşağın inkişafına ziyan vurur? Pediatr izah edir

Uzun saç uşağın inkişafına ziyan vurur? Pediatr izah edir

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Sağlam saçlar uşağın ümumi sağlamlığı və genetikası ilə bağlıdır. Orqanizmin sağlamlıq durumunda problem yaranarsa, bu, saçlara da təsirsiz ötüşmür.

Bu barədə “Kaspi” qəzetində məqalə dərc edilib.

“Uzun saç həqiqətən uşağın inkişafına mane olurmu? Ortancıl qızımın saçı uzundur, özü isə zəifdir. Çox adam deyir saçını kəsdir, uşaq inkişaf etsin” – bu fikirləri jurnalist həmkarımız Həbibə Abdulla sosial şəbəkədə qeyd etmişdi. Ümumiyyətlə, uzunsaçlı, arıq uşaqlar görəndə, “yediyi saçına gedir” deyə bir iddia səsləndirilir. Qohum-qonşu deyir ki, uşağın saçı kəsilsə, daha yaxşı inkişaf edəcək. Yaxud uşağın 40 günü tamam olandan sonra saçını tez-tez kəsməyi vacib bilirlər. Həm saç daha qalın çıxsın, həm də uşağın qəbul etdiyi vitaminləri saçları almasın deyə. Bunlar daha çox el arasında yayılan fikirlərdir. Bəs bu yanaşmada həqiqət payı nə qədərdir? Uzun saçlar uşağın inkişafına nə dərəcədə mane olur?

Saç genetik olaraq məlumatlanır ki...

Pediatr Aytən İsmayılzadə deyir ki, tibbi cəhətdən yanaşanda bu fikirlərin hər hansı elmi təsdiqi yoxdur: “İnsanın digər orqanları kimi saçların da inkişaf tempi genetikdir. Yəni orqanizm inkişafı üçün lazım olan qidanı alır. Eləcə də, saç genetik olaraq məlumatlanır ki, bu cür qidalanacaq. Saç üçün keratin, zülal, minerallar vacibdir. Onlar da hamısı bədəndən qəbul olunur. Necə ki, dəmir az olan kimi saç tökülməsi baş verir. Yəni orqanizmə qəbul edilən qidanın saçlara, təbii ki, təsiri var. Ancaq “uşağın yediyi saça gedir” demək də olmaz. Çünki bunun hər hansı elmi əsası yoxdur”.

Ehtimal olaraq məsləhət görülür

Pediatr deyir ki, zəif qidalanan, uzun, qalın saçı olan uşaqların saçını kəsdirməyi məsləhət görür: “Kök uşaqlara D vitaminini arıq uşaqlarla müqayisədə daha çox təyin edirik. Vitaminin bədənə paylanmasını nəzərə alaraq bu addımı atırıq. Arıq uşaqlara təyin etdiyimizi ona da yazsaq, bədəni üçün azlıq edə bilər. Saç da çox uzundursa, sıxdırsa, qalındırsa, bu zaman onun sərf etdiyi vitamin də çox ola bilər. Ola bilər ki, saç uzun olanda, orqanizmdən daha çox enerji, qida sərf etsin. Uşaqda inkişaf geriliyi hiss edirəmsə, saçı uzun və qalındırsa, valideynlərə məsləhət görürəm ki, kəsdirsinlər. Elmi olaraq sübut edə bilmirik, ehtimal olaraq məsləhət görürük. Ola bilər ki, kəsilməsində fayda olsun”.

Başa ağırlıq edir

A.İsmayılzadə bildirdi ki, uzun, qalın saçların uşaq orqanizminə faydası yox, zərəri var: “Qalın saç sağlamlıq göstəricisidir. Daha yaxşı qidalanır, orqanizmindən daha çox vitamin qəbul edir. Uşağın qidalanması da normaldırsa, yəni saçı onun inkişafına problem yaratmırsa, yenə də uşaqda qalın, sıx saçların uzun saxlanılmasının tərəfdarı deyiləm. Yəni uşağın yediyi saçına getməsə belə, yenə də kəsmək yaxşıdır. Qalın, uzun saç uşaq üçün yükdür. O yükü azaltmaq lazımdır. Uzunsaçlı uşaqlarda tez yorulma, baş ağrısı ola bilir. Saçı qısaldanda, uşaq yüngülləşir, sanki yorğunluğu da aradan götürülmüş olur. Digər tərəfdən, saç qalındırsa, sıxdırsa, başa ağırlıq edir və boyun əzələlərinə, uşağın onurğasına ziyan vurur. Gözəllik xətrinə uşaqların saçını uzatmaq lazım deyil”.

Uzun saçları yığarkən...

Aytən İsmayılzadə qeyd etdi ki, uzun saçı olan uşaqların saçını yığarkən, darayarkən də müəyyən nüansları diqqətdə saxlamaq vacibdir: “Əgər iki yerə ayırıb yığırlarsa, simmetrik olaraq ortadan saçı iki bərabər hissəyə bölüb yığmaq lazımdır. Yaxud bir yerdən yığacaqlarsa, tam ortadan olmasına diqqət etsinlər. Çünki saç uzun olanda, ağırlığı da çox olur. Bir tərəfə düşən yük çox olursa, həmin nahiyədəki əzələlər daha çox yüklənir. Yaxud açıq saçı darayırlar, saçın çoxu bir tərəfə meyilli olur. Bu da bir tərəfin əzələlərinin daha çox yüklənməsi deməkdir”.

Kəsilsə də, kəsilməsə də...

Türkiyəli professor Kamal Topaloğlu orqanizmi daha yaxşı inkişaf etsin deyə, tez-tez uşaqların saçlarının kəsdirilməsilə bağlı el arasında yayılan fikirlərlə bağlı mətbuata açıqlamasında deyib ki, uşağın qəbul etdiyi vitaminləri saçların çəkməsi metabolik olaraq mümkün deyil: “Balanslı qidalanma, normal ətraf mühit, sağlam psixoloji vəziyyət və sevgi uşağın inkişafında ən önəmli faktorlardır. Bundan başqa, el arasında uşaq inkişafı ilə bağlı səsləndirilən bir çox rəvayətlər düzgün deyil. Qız, ya oğlan, fərq etmir, uşaqların körpəlik vaxtından etibarən saçlarının davamlı olaraq qısa kəsilməsinin bədənin inkişafına heç bir qatqısı yoxdur. Bəzi uşaqlar saçları kəsilsə də, kəsilməsə də, son dərəcə sağlam olur. Sağlam saçlar uşağın ümumi sağlamlığı və genetikası ilə bağlıdır. Orqanizmin sağlamlıq durumunda problem yaranarsa, bu, saçlara da təsirsiz ötüşmür. Saçın uzadılmasının vücudun gücünü azaldıb böyüməyinə mane olacağı yönündəki fikirlərin heç bir elmi mənbəyi yoxdur”.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri