“Qızılın bahalaşmas ailələri çətin vəziyyətə salır” Xalid Kərimli
Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qızıl ehtiyatlarının bahalaşması Neft Fondunun sərvətinin artmasına gətirib çıxarır.”
Bu fikri Gununsesi.info-ya açıqlamasında iqtisadçı Xalid Kərimli vurğulayıb.
O, qeyd edib ki, son illər fondun qızıl ehtiyatlarını artırmasına xüsusi diqqət göstərməsi və qiymətlərin yüksəlməsi ölkənin milli sərvətlərinin genişlənməsinə olumlu təsir edir:
“Digər müsbət məqam isə Azərbaycanın qızıl hasilatı və qızıl ixrac edən şirkətlərinin maliyyə vəziyyətinin yaxşılaşmasıdır. Qızıl ixracının artması bu şirkətlərin maliyyə imkanlarını genişləndirir.
Lakin qızılın bahalaşmasının mənfi təsirləri də var. Xüsusilə zərgərlik bazarında alıcıların imkanları məhdudlaşır. İnsanların gəlirlərinin illik 7 faizlik artımı fonunda qızılın 58 faizdən çox bahalaşması qızıl alma qabiliyyətini xeyli zəiflədir”.
Xalid Kərimli onu da əlavə edib ki, toy ənənələrinin güclü olduğu ölkəmizdə qızılın bahalaşması ailələri çətin vəziyyətə salır:
“Bu səbəbdən qızıl alıcılarının azalması zərgərlik mağazalarının fəaliyyətinə də mənfi təsir göstərir. Son illərdə qızılın kəskin bahalaşması və sadəcə son bir ildə 58 faizlik artım insanların gəlirlərini üstələdiyinə görə, zərgərlik mağazaları əvvəlki satış həcmini saxlaya bilmir və bu, onların işini çətinləşdirir”.
Gülxanım Əliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 12 Noyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















