Icma.az
close
up
RU
Uzunmüddətli sosial iqtisadi inkişafa güclü təkan

Uzunmüddətli sosial iqtisadi inkişafa güclü təkan

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramına həsr olunmuş müşavirənin keçirilməsi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında su təhlükəsizliyinin xüsusi yer tutduğunu bir daha nümayiş etdirdi.

Bu müşavirə təkcə infrastruktur məsələlərinin müzakirəsi deyil, eyni zamanda sosial rifahın yüksəldilməsi, ekoloji təhlükəsizliyin təmin olunması və dayanıqlı şəhərsalma siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirilməlidir. Cənab Prezidentin çıxışında vurğulandığı kimi, su təchizatı və kanalizasiya sistemləri milli təhlükəsizlik, ictimai sağlamlıq və iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyır. Bakı, Abşeron yarımadası və Sumqayıt ölkə əhalisinin böyük hissəsinin cəmləşdiyi, sənaye, nəqliyyat və xidmət sahələrinin intensiv inkişaf etdiyi regiondur. Bu səbəbdən sözügedən ərazilərdə su infrastrukturunun müasir tələblərə uyğun qurulması dövlət siyasətinin əsas prioritetlərindəndir. Bakı və Abşeron yarımadasında əhalinin sürətli artımı, yeni yaşayış massivlərinin salınması və iqtisadi fəallığın genişlənməsi mövcud su və kanalizasiya sistemlərinə əlavə yük yaradır. Eyni zamanda iqlim dəyişiklikləri fonunda su ehtiyatlarının azalması bu sahədə daha səmərəli və qənaətcil idarəetmə mexanizmlərinin tətbiqini zəruri edir. 2026–2035-ci illər üzrə Dövlət Proqramı məhz bu reallıqları nəzərə alaraq hazırlanır və içməli suyun keyfiyyətinin yüksəldilməsi, tullantı sularının təmizlənməsi, yağış sularının ayrıca sistem üzrə idarə olunması kimi əsas hədəfləri qarşıya qoyur. Bu yanaşma şəhər təsərrüfatının davamlılığını təmin etməklə yanaşı, əhalinin yaşayış keyfiyyətinin yüksəldilməsinə və ekoloji risklərin minimuma endirilməsinə xidmət edir. Dövlət Proqramında Sumqayıt şəhərinin də nəzərə alınması Prezident İlham Əliyevin bu sənaye şəhərinə göstərdiyi ardıcıl diqqət və qayğının məntiqi davamıdır. Son illər dövlət başçısının tapşırıqları əsasında Sumqayıtda mühüm sənaye, sosial və infrastruktur layihələri icra olunub, şəhərin iqtisadi potensialı əhəmiyyətli dərəcədə artıb. Kimya sənayesi, sənaye parkları, yeni istehsal sahələrinin yaradılması Sumqayıtı ölkənin aparıcı iqtisadi mərkəzlərindən birinə çevirib.

Məhz bu iqtisadi inkişaf fonunda şəhərdə su təchizatı və kanalizasiya infrastrukturunun təkmilləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Prezidentin qayğısı ilə həyata keçirilən layihələr Sumqayıtın təkcə sənaye mərkəzi deyil, eyni zamanda yaşamaq üçün müasir və komfortlu şəhər kimi formalaşmasına şərait yaradır. Su təsərrüfatının yaxşılaşdırılması həm əhalinin rifahına, həm də sənaye müəssisələrinin dayanıqlı fəaliyyətinə birbaşa təsir göstərir.
Bakı, Sumqayıt və Abşeron üzrə vahid su infrastrukturunun formalaşdırılması regionun sosial-iqtisadi inkişafı üçün həlledici amildir. Təmiz içməli su təminatı, müasir kanalizasiya və tullantı sularının təmizlənməsi sistemi sənaye istehsalının genişlənməsi, investisiya mühitinin yaxşılaşdırılması və əhalinin sağlamlığının qorunması baxımından strateji əhəmiyyət daşıyır. Prezident cənab İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirə bir daha göstərdi ki, Azərbaycan dövləti su təsərrüfatına lokal texniki məsələ kimi deyil, kompleks dövlət siyasəti kimi yanaşır. 2026–2035-ci illər üzrə Dövlət Proqramı Bakı, Abşeron və Sumqayıt üçün dayanıqlı inkişafın etibarlı təməlini formalaşdıracaq, bu regionların uzunmüddətli sosial-iqtisadi inkişafına güclü təkan verəcək.

Tahir Mirkişili
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Yanvar 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri