Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Visa: Azərbaycanın uzunmüddətli iqtisadi artımını dəstəkləyəcəyik

Visa: Azərbaycanın uzunmüddətli iqtisadi artımını dəstəkləyəcəyik

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Visa Azərbaycandakı fəaliyyətini genişləndirir və Bakıda yeni ofis açır.

“APA-Economics” xəbər verir ki, yeni filialın açılması Azərbaycan bazarının strateji əhəmiyyətini və Visa-nın ölkədə nağdsız iqtisadiyyatının inkişafına töhfə vermək istəyini vurğulayır.

Rəqəmsal ödənişlər sahəsində dünya lideri olan Visa (NYSE: V) bu gün Azərbaycanda yeni ofisinin açıldığını elan etdi. Bu mühüm hadisə Visa-nın ölkədə fəaliyyətini genişləndirmək və ölkənin ödəniş sənayesinin gələcək tərəqqisini dəstəkləmək istəyini əks etdirir.

Yeni ofisin açılması komandanın genişləndirilməsi ilə müşayiət olunur. Bakı ofisində biznesin inkişafı, konsaltinq, məhsul və marketinq komandaları işləyir. Visa bu addım sayəsində bütün Azərbaycan üzrə maliyyə qurumları, müəssisə və istehlakçılara dəstəyi gücləndirmək niyyətindədir.

"Bakıda yeni ofisin açılması Azərbaycanın müasir ödəniş texnologiyalarına güclü tələbatı olan regionun ən dinamik bazarlarından biri kimi Visa-nın strateji rolunu bir daha təsdiqləyir," – deyə, açılış mərasimində Visa-nın Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (CEMEA) ölkələri üzrə Regional Prezidenti Tariq Mahmud bildirib. "Yeni ofis Visa-nın yerli tərəfdaşlarla əlaqələrini möhkəmləndirəcək, ödəniş sektorunun inkişafına təkan verəcək və Azərbaycanın uzunmüddətli iqtisadi artımını dəstəkləyəcək."

"Visa uzun illərdir ki, bizim üçün etibarlı və strateji tərəfdaşdır. Bu müddət ərzində biz yüzlərlə layihə həyata keçirmişik ki, onların da çoxu təkcə Azərbaycan üçün deyil, bütün region üçün innovativ idi. Bunlara ölkənin ilk rəqəmsal kartının istifadəyə verilməsi, tokenizasiyanın tətbiqi, sahibkarların smartfonlar vasitəsilə ödənişləri qəbul etmək imkanı daxildir. Əminəm ki, Visa komandasının Bakıda yeni ofisinin açılması əməkdaşlığımız üçün yeni üfüqlər açacaq və bizə daha effektiv nəticələr əldə etməyə imkan verəcəkdir”, – deyə Kapital Bank-ın İdarə Heyətinin sədri və Baş icraçı direktoru Fərid Hüseynov bildirib.

"Visa ilə tərəfdaşlığımız sadəcə uzunmüddətli əməkdaşlıq deyil, bu, ölkənin maliyyə ekosisteminin inkişafı üçün etimad və ortaq öhdəlikdir. 1997-ci ildə ilk Visa və ABB çip kartlarının istifadəyə verilməsindən Visa-nın qabaqcıl “Mobility & Transport Transaction” (MTT) texnologiyasının tətbiqinə qədər bütün istiqamətlərdə innovasiyalara və ödənişlərin rəqəmsallaşdırılmasına can atmışıq. Biz fəxr edirik ki, ABB müştəriləri dünya səviyyəli xidmətlərdən istifadə edərək alış-verişlərini tez, rahat və təhlükəsiz şəkildə ödəyə bilirlər”, – deyə ABB İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.

Son illərdə Visa Azərbaycandakı fəaliyyətini yeni texnologiyaların tətbiqi hesabına əhəmiyyətli dərəcədə genişləndirmiş və çox sayda yeni texnologiya tətbiq etmişdir. Əsas təşəbbüslər arasında Visa Token Service (rəqəmsal pul kisələri vasitəsilə ödənişləri mümkün edən xidmət) texnologiyası, CEMEA regionunda ilk dəfə istifadəyə verilmiş və hazırda Azərbaycanın 7 bankı tərəfindən dəstəklənən Visa B2B Connect (sürətli banklararası beynəlxalq əməliyyatlar üçün), habelə 9 yerli bankın dəstəklədiyi Visa Tap to Phone var. Bundan əlavə, Visa Bakı-Sumqayıt marşrutu üzrə bütün 14 stansiyada "tap-to-drive" ödənişlərini mümkün edən və bir əməliyyatda 24 saat ərzində ictimai nəqliyyatda gedişi özündə birləşdirən Mobility & Transit Transaction (MTT) model texnologiyasını tətbiq etmişdir ki, bu da CISSEE regionunda ilk belə tətbiqdir.

Qeyd edək ki, Visa (NYSE: V) rəqəmsal ödənişlər sahəsində dünya lideridir. Visa dünyanın 200-dən çox ölkə və regionunda istehlakçılar, biznes, maliyyə və hökumət təşkilatları arasında həyata keçirilən ödəniş əməliyyatlarını emal edir. Şirkətin missiyası innovativ, rahat, etibarlı və təhlükəsiz ödəmə şəbəkəsi vasitəsilə dünyanı birləşdirməklə istehlakçıların rifahına xidmət etmək, biznes və iqtisadiyyat üçün davamlı inkişaf imkanlarını təmin etməkdir. Biz əminik ki, iqtisadi əlçatanlığın hamı üçün genişləndirilməsi bütün dünyada insanların güzəranını yaxşılaşdırır və pulların gələcək qlobal hərəkətinin əsası təşkil edəcək. Daha ətraflı məlumat üçün: visa.com.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://apa.az
archiveBu xəbər 22 Sentyabr 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see611

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see288

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see277

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see267

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see258

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see252

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see233

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see229

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see228

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see219

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see218

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see205

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see202

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see201

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see197

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see193

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see192

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see192

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see185

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri