Icma.az
close
up
RU
Vağzalın başına yenə “dolan gəl...”

Vağzalın başına yenə “dolan gəl...”

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın ən gur yerlərindən birində – Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısında aparılan abadlıq və yenidənqurma işləri aylar öncə bitmişdi. Xatırlayırıq ki, Prezident İlham Əliyev ərazidə yaradılan şəraitlə tanış olmuşdu.

Bakı sakinlərinin və qonaqların rahatlığını təmin etmək üçün orada minik avtomobillərinin hərəkəti ləğv olunub, avtobus, piyada və velosiped zolaqları yaradılıb, dekorativ yaşıllıqlar salınıb, oturacaqlar qoyulub və s. Camaat “Həsiri basma, dolan gəl” havası ilə metroya və vağzala uzun, dar yol qət edə-edə gedib-gəlməyi təmir səbəbindən anlayışla qarşılayırdı ki, axırda rahatlıq təmin ediləcək. Deyəsən, elə də oldu. Hətta noyabrın əvvəlində açılan meydandakı yeniliklərə bir müddət baxıb fərəhləndik də.

Amma artıq neçə gündür ki, meydanın bəzi yerləri yenidən qırmızı lentlərlə “çəpər”lənib və yerə döşənmiş plitələr qopduğu üçün dəyişdirilir.

Sözügedən ərazidə təmir işləri aparan podratçıların dediyinə görə, daşların bərkidilmə müddətinə riayət edilmədiyindən bəzi yerlərdə təkrar bərkidilməyə və digər zəruri korreksiya işlərinə ehtiyac yaranıb: “Bunu nəzərə alaraq, mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib və nöqsanlar aradan qaldırılır”.

Əgər cəmi 6 ay keçməmiş cari təmirə başlanıbsa, daha bunun nəyi əsaslı təmir-yenidənqurma olub ki?! Hələ bir müddət öncə burada – Puşkin küçəsində yolun bir həssəsinin çökdüyünü və yamandığını demirik. Ətək-ətək vəsait xərclənib, işlərin niyə tam keyfiyyətlə aparılmaması isə haqlı suallar doğurur.

“Dolayı gəl, dolayı” xalq mahnısını camaat bu meydanda nə qədər oxuyacaq?

Ə.DOSTƏLİ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 May 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri