Icma.az
close
up
RU
Vahid geyimin olmaması məktəblərdə bu fəsadlara səbəb olur DETALLAR

Vahid geyimin olmaması məktəblərdə bu fəsadlara səbəb olur DETALLAR

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Bunu Ölkə.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Rasif Dünyamalıyev deyib.

O bildirib ki, Azərbaycanın qanunlarına və Beynəlxalq Uşaq Hüquqları Konvensiyaya görə 18 yaşına qədər hər kəs uşaq sayılır:

"Azərbaycanda uşaqların əsas himayəçisi dövlətdir. Biz bu hüququ konstitusion olaraq dövlətə vermişik. Dövlətimiz uşaqların maraqlarını və hüquqlarını qoruyan birinci instansiyadır. İkinci, üçüncü instansiya isə valideyn, himayədar, qəyyum və sair gəlir. 

Dövlətin işidir uşağı qorumaq, uşağın təhsilini təmin etmək, dünyagörüşünü formalaşdırmaq, gələcək istiqamətlərini düzgün müəyyən etmək. Çünki uşaq ilk növbədə dövlətin himayəsindədir və onun hüquqlarını da birinci instansiya olaraq dövlət qoruyur. Məsələyə bu baxımdan yanaşmaq lazımdır.

Bu gün dövlətimiz deyir ki, uşaqlarımız 18 yaşından sonra sərbəst şəkildə öz müqəddəratını, öz əqidəsini, öz baxışını müəyyən edə, özü seçim edə bilər. Buna heç kim qarışmır. Amma 18 yaşına qədər, yəni uşaq olduğu müddətdə onun maraqlarını - burada dövlətçilik maraqları da ortaya şıxır - əsas müdafiə edən dövlətdir. Bu gün dövlət müəyyən edir ki, məktəblərimizdə fərqli düşüncəni təmin etmək lazımdır. Məsələyə bu baxımdan yanaşanda aydın olur ki, bəli, məktəbli forması olmalıdır.

R.Dünyamalıyev onu da qeyd edib ki, məktəbli forması bütün dini ayrı-seçkilikdən, dini elementlərdən arınmalıdır, bunlar olmamalıdır:

"Bu, uşaqlarımızın maraqları üçündür. Bunun əksi nə olacaq? Qruplaşmalar olacaq. Bu gün məktəblərimizdə bir qrup dindar, bir qrup ateist, sabah xristian dininə mənsub qruplar, qeyri-ənənəvi cərəyanların nümayəndələri olacaq. Biz bunların qarşısını necə alacağıq? Valideynlər bunu heç düşünürmü? Onda bu valideynlər etiraz edəcəklər ki, niyə, məsələn, qeyri-ənənəvi ünsürlər məktəblərdə var. Onlara da qarşı çıxa bilməyəcəyik, heç nə deyə bilməyəcəyik. Onlar da deyəcəklər ki, bəs mənim haqqımdır, mən öz uşağımı necə istəyirəm, elə tərbiyə edərəm.

Bu prizmadan yanaşanda görürük ki, bəli, bu qanun, bu qərar doğrudur, yerində atılmış addımdır və çoxdan tətbiq olunmalı idi. Məktəbli forması ilə bağlı onsuz da qərar var idi. Sadəcə olaraq, bu tətbiq olunmurdu. İndi bunu etmək lazımdır. Çünki artıq görürük ki, məktəblilər, uşaqlar arasında yad ünsürlərin təsirləri artmağa başlayıb.

Valideynlər öz rolunu, funksiyasını doğru yerinə yetirmədiklərinə görə dövlət bu funksiyanı özü öz üzərinə götürməyə başlayıb. Bəli, valideynlərimiz bunu vaxtında, doğru şəkildə yerinə yetirsəydilər, körpə uşaqları dini təbliğatın bir alətinə çevirməsəydilər, heç bu söhbətlər gəlib buraya çıxmazdı.

Həmçinin, çıxış yolu, əlbəttə ki, qərar var, amma qərarın icrası da başqa bir məsələdir. Burada qərarın icrasına cavabdeh olan şəxslər bir az həssas davranmalıdırlar. Valideynlərlə söhbətlər aparılmalı, onlarla iş görülməlidir. Sadəcə olaraq, “belədir, ümumiyyətlə, olmaz” demək yox, bunun niyə mümkün olmadığını, övladlarına hansı mənfi təsirləri ola biləcəyini izah etmək lazımdır".

"Təsəvvür edin ki, kiçik yaşdan, 10-12 yaşından etibarən bir uşaq, qız uşağı və ya oğlan uşağı fərq etməz, hansısa dini təbliğatın bir hissəsinə çevrilir və fərqli düşünə bilmir. Əgər onun sinif yoldaşı fərqli düşünürsə, o artıq həmin uşağı özündən fərqli biri kimi, yad ünsür kimi görməyə başlayacaq. Onunla fərqli düşünən uşaqlar arasında ünsiyyət problemi yaranacaq. Bu da sonradan cəmiyyətimizin parçalanmasına gətirib çıxara bilər.

Çünki uşaqlar hələ fərqli düşüncələrlə tanış olmadan onların beyninə yalnız bir istiqamət üzrə qəlibləşmiş ideoloji fikirlər yerləşdirməklə biz onları qruplaşdırmış oluruq. Bu qruplaşmalar məktəblərimizdən başlayaraq böyüyərsə, 18 yaşından sonra həmin insanlar digər insanlarla ünsiyyətə girə bilməyəcəklər. Biz bunun nümunələrini başqa ölkələrdə görmüşük. Ən yaxın ölkələrdən Türkiyədə, İranda və ərəb ölkələrində görmüşük. Bunların bu formada davam etməsinə imkan vermək doğru deyil.

Uşaqlar ilk növbədə fərqli fikirlər, ideyalar, ideologiyalar və dinlərlə tanış olmalı, onların nə olduğunu bilməlidirlər. Yaşları çatanda, yetkinlik yaşına çatanda isə özləri qərar verməlidirlər ki, hansı dini ideologiyanı və sairəni seçirlər. Biz məktəbdə seçimə, qruplaşmaya və ayrı-seçkiliyə imkan yarada bilmərik.

Düşünürəm ki, valideynlərlə iş aparmaq, onları bu prosesə cəlb etmək lazımdır. Əlbəttə ki, bizim də yaxınlarımız, qohumlarımız var, məktəbə gedirlər, dini rituallar həyata keçirirlər. Mən də heç vaxt istəmərəm ki, bu, cəza kimi görünsün, hicab məsələsinə qarşı yönəlmiş addım kimi qəbul olunsun.

Bunu doğru şəkildə izah etmək lazımdır. Ən önəmli məsələ təhsildir. Təhsildə izah etmək lazımdır ki, uşaq fərqli fikirlər, fərqli ideologiyalar, fərqli dinlər və fərqli yanaşmalarla tanış olduqdan sonra özü seçim etməlidir. Öz ailəsinin, öz fikirlərinin təsiri altında olsa belə, onları analiz edərək nə istədiyinə qərar verməlidir. Kiçik yaşlı uşaqlarda əvvəlcədən qəlib formalaşdırmaq, onların gələcəkdə yalnız bir istiqamətdə böyüməsinə və cəmiyyətimizin parçalanmasına gətirib çıxara bilər", - deyə Rasif Dünyamalıyev sonda qeyd edib.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://olke.az
archiveBu xəbər 12 Oktyabr 2026 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see722

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see585

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see301

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see298

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see290

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see289

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see268

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see267

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see263

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see251

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see250

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see248

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see245

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see244

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see243

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see240

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see225

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see218

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see208

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri