Hündürdaban ayaqqabılar bu fəsadlara səbəb olur
Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əksər xanımlar hündürdaban ayaqqabıya üstünlük verir. Bəzi qadınlar xüsusi günlərdə, bir çoxları isə demək olar ki, gündəlik həyatlarında geyinir. Bildiyimiz kimi, hündürdaban ayaqqabılar biraz müddət sonra ayaqda ağrılara səbəb olur, habelə sağlamlıq problemlərinə yol aça bilər.
Missiya.Az mövzu barədə məlumatı təqdim edir:
Mütəxəssislər deyir ki, dabanlı ayaqqabılar da topuğun bucağını dəyişdirir, dizlər və beldəki yükü artırır. 10 sm-lik daban ayağın ön və barmaqlarındakı təzyiqi 30 faiz çoxaldır. Həmçinin, damarlarda qan dövranı məhdudlaşdırıla bilər, artrit inkişaf riski artır, oynaqda da ağrılar əmələ gəlir. Dar və dikdaban ayaqqabılar bədən quruluşuna da təsir edir. Baş barmağın digər barmaqlara təzyiq etməsinə və ayaqların yan tərəfində sümük kimi şişin ortaya çıxmasına gətirib çıxarır.
Ona görə də xanımlar gedəcəkləri yerə özü ilə rahat ayaqqabı da aparmalıdır. Ya da çatdıqları məkanda oturarkən heç olmasa rahat ayaqqabı geyinməli, ya da yolda olan zaman... Zəruri olmadığı təqdirdə maksimum şəkildə rahat ayaqqabıdan istifadə edilməlidir.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 14 Fevral 2025 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















