Icma.az
close
up
RU
Vahid Hacıyev: “Qarabağda yeni kənd və qəsəbələr əsas magistral boyunca salınır”

Vahid Hacıyev: “Qarabağda yeni kənd və qəsəbələr əsas magistral boyunca salınır”

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qarabağda bütün şəhərlər sıfırdan, yaşıl və ağıllı konsepsiya ilə qurulur”.
Bizim.Media xəbər verir ki, bunu Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu"nda çıxış edən Prezidentin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
O deyib ki, Azərbaycan hökuməti Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərdə tamamilə yeni urbanizasiya modeli həyata keçirir. “Bu gün Qarabağda və Şərqi Zəngəzurda təkcə dağıdılmış şəhərlər bərpa edilmir, həm də sıfırdan dayanıqlı və ağıllı yaşayış mühitləri yaradılır”.
V. Hacıyevin sözlərinə görə, bütün şəhər və kəndlərin baş planları müasir şəhərsalma prinsipləri əsasında hazırlanıb.
“Yeni yaşayış məntəqələrində sakinlər xəstəxana, məktəb, uşaq bağçası və xidmət mərkəzlərinə 15 dəqiqə ərzində çata biləcəklər. Bu, yaşıl və səmərəli həyat tərzini təşviq edən “15 dəqiqəlik şəhər modeli”dir. Ağalı və Məmətbəyli kəndləri bu modelin nümunəsidir. Bu kəndlər bir-birinə yaxın salındığı üçün məktəb, bağça və xidmət mərkəzləri birgə istifadə olunur.
Bu yanaşma həm büdcəyə qənaət, həm də sakinlər üçün rahatlıq təmin edir,” – deyə V.Hacıyev bildirib.
O, azad edilmiş ərazilərdə nəqliyyat yönümlü inkişaf (Transit-Oriented Development) konsepsiyasının tətbiq olunduğunu əlavə edib: “Yeni kənd və qəsəbələr əsas magistral və tranzit xətləri boyunca salınır. Bu, sakinlər üçün iş yerlərinə, logistika mərkəzlərinə və sənaye zonalarına çıxışı asanlaşdırır, eyni zamanda yerli sahibkarlığı stimullaşdırır”. (Apa.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Oktyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri