Bu, Qarabağda öz izlərini qoruyub saxlayır Hacıyev
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dubaydakı Ərəb Media Forumunda Azərbaycanın zəngin tarixi irsini təqdim edib.
Axar.az xəbər verir ki, bu barədə o, X hesabında yazıb.
Paneldə o, Qafqaz Albaniyasının qədim dövləti, o cümlədən onun zəngin xristian irsi haqqında danışıb, bu irsin izlərinin xüsusilə Qarabağda və Azərbaycanın digər bölgələrində aydın göründüyünü diqqətə çatdırıb.
"Mən Azərbaycanda multikulturalizmin və dini tolerantlığın çoxəsrlik ənənəsini, həmçinin mənşəyindən və ya konfessional mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin öz zəngin mədəni və dini irsinin müdafiəsinə, qorunub saxlanmasına və bərpasına sadiqliyini vurğuladım. Həmçinin işğal illərində Azərbaycanın dini və mədəni irsinin genişmiqyaslı dağıdılması, təhqir edilməsi və dəyişdirilməsi mövzusuna toxundum, tarixi həqiqətin qorunub saxlanmasının və bu irsin gələcək nəsillər üçün müdafiəsinin vacibliyini vurğuladım", - paylaşımda qeyd olunub.
H. Hacıyevin sözlərinə görə, "Avronyus"un baş direktorunun moderatorluq etdiyi paneldə Gürcüstanın xarici işlər naziri və BƏƏ-nin iqtisadiyyat və turizm naziri də iştirak ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 16 Sentyabr 2026 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















