Icma.az
close
up
RU
Vahid nəqliyyat sistemi nə vəd edir? Ardınca tramvaylar xəttə çıxsa...

Vahid nəqliyyat sistemi nə vəd edir? Ardınca tramvaylar xəttə çıxsa...

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi "BakuBus” və "Bakı Taksi Xidməti” MMC-ləri Bakı Metropoliteni QSC-yə birləşdirilib.

Yeni idarəetmə modeli sərnişin daşımalarında koordinasiyanı artıra biləcəkmi? Metro, avtobus və taksi xidmətlərinin vahid qurum altında birləşdirilməsi marşrutların planlaşdırılması, xidmət keyfiyyəti və tarif siyasətinə necə təsir göstərəcəkMövzu ilə əlaqədar Trend-ə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərli bildirib ki, bu qərarın əsas məqsədi şəhər nəqliyyatında idarəetmənin optimallaşdırılması, resurslardan daha səmərəli istifadə və müxtəlif nəqliyyat növləri arasında funksional inteqrasiyanın təmin edilməsidir: "Yəni burada əsas hədəf metro sisteminin təkcə sərnişindaşıma funksiyası ilə məhdudlaşdırılmaması, bütövlükdə relsli nəqliyyatın idarəedici mərkəzinə çevrilməsidir. Həmçinin tramvay xətlərinin çəkilməsi, qaraj və depolarının yaradılması da artıq "Bakı Metropoliteni” QSC-yə tapşırılır”.Ekspertin fikrincə, bu qərar hazırda mövcud olan şəhər mobilliyinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edə bilər. Onun sözlərinə görə, əsas məsələ qəbul edilən modelin effektiv icrası, institusional koordinasiyanın qorunması və sərnişinyönümlü yanaşmanın prioritet saxlanılmasıdır:"Bu şərt təmin olunsa, Bakı yaxın illərdə daha müasir, inteqrasiya olunmuş və dayanıqlı nəqliyyat sisteminə malik ola bilər. Burada məsələ ondan ibarətdir ki, metro artıq relsli nəqliyyat sahəsində formalaşmış texniki baza, mühəndislik təcrübəsi və təhlükəsizlik standartlarına malikdir. Bu resursların tramvay layihələrinə tətbiqi layihələndirmə və tikinti müddətini azalda, texniki riskləri minimuma endirə, idarəetmədə vahid standartların tətbiqini təmin edə bilər. Şəhər mobilliyinə biz artıq nail olmuşuq”.O bildirib ki, ekoloji cəhətdən təmiz avtobuslarla Bakı şəhəri təmin olunub, mikromobillik vasitələri üçün zolaqlar yaradılıb: "Əhali, əsasən gənc nəsil, skuterlərə üstünlük verməyə başlayıb. Velosipedlər şəhərdə sadəcə əyləncə vasitəsi kimi deyil, birbaşa nəqliyyat vasitəsi kimi istifadə olunur. Yeni qərar şəhər mobilliyinin transformasiyasını daha da sürətləndirəcək”.Nəqliyyat eksperti Elməddin Muradlı isə açıqlamasında qeyd edib ki, "Bakı Metropoliteni” QSC-nin, "BakuBus” və "Bakı Taksi Xidməti” MMC-lərinin bir qurumda idarə olunması, bunun ardınca tramvayın da bu sistemə əlavə edilməsi ictimai nəqliyyatın əsas növlərinin vahid mərkəzdən idarə olunacağı anlamına gəlir.Ekspertin fikrincə, bu dəyişiklik ümumilikdə ictimai nəqliyyatın inkişafına müsbət təsir göstərəcək: "Düşünürəm ki, növbəti addım qurumların ad məsələsinə baxılması olacaq. Ümumilikdə ictimai nəqliyyatın bir mərkəzdən idarə olunması faydalıdır və əlverişlidir. Çünki metro hansısa bir məntəqəyə qədər sərnişinləri daşıyırsa, onun davamını avtobuslar təmin edir və yaxud avtobusun daşıdığı sərnişin növbəti mərhələdə metroya yönəlir. Bundan sonra taksidən istifadə etmək imkanı da yaranır. Ardınca yenilik kimi tramvaylar xəttə çıxsa, sərnişinlər tramvaylardan da istifadə edəcəklər. Yəni bu proses əlaqəli şəkildə qurulacaq. Metronun olmadığı ərazilərdə tramvaylar fəaliyyət göstərəcək və onların daşıdığı sərnişin yükünü avtobuslar tamamlayacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 09 May 2026 22:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri