Icma.az
close
up
RU
Bakıya, ardınca İrəvana...

Bakıya, ardınca İrəvana...

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Yaxud Gürcüstanın regional aktivliyinə sözardı

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin Bakıdan sonra İrəvana səfərini ölkənin Cənubi Qafqazda sülh və sabitlik üçün yüksək səylərinin davamı kimi qiymətləndirmək mümkündür. Yəni rəsmi Tbilisi həmişə olduğu kimi, regionda barış mühitinin tərəfdarı kimi çıxış edir. 

Prinsipcə, xanım Boçorişvili Bakıda nə dedisə, onu İrəvanda da təkrarladı. Məsələn, o, ölkəmizin paytaxtında bildirmişdi ki, Cənubi Qafqazda sülh son dərəcə vacibdir, çünki yalnız barış şəraitində regionda güclü iqtisadiyyat qurmaq mümkündür: “Gürcüstan ümumi evimiz olan Cənubi Qafqaz regionunda qonşuluq münasibətlərini və sülhü yoluna qoymağa hazır olduğunu bildirir”.

Gürcü nazir Ermənistan paytaxtında ölkəsinin regionda sabitlik və sülhə sadiqliyini yenidən vurğulayaraq dedi ki, Gürcüstanın bununla bağlı səmimi istəyi var və məqsədinə çatmaq naminə əlindən gələni etməyə hazırdır. O,  Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hər iki tərəfə məqbul olacağına, sabitliyə təminat verəcəyinə əminliyini dilə gətirib və ölkəsinin bu  istiqamətdə qonşuları ilə əməkdaşlığa hazırlığını ifadə edib. 

 Xanım Boçorişvilinin açıqlaması fonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın dilə gətirdikləri də maraq doğurmaqdadır. O deyib ki, rəsmi İrəvan Bakı ilə münasibətlərin normallaşdırılması prosesini başa çatdırmağa hazırdır və bu, həm sülh müqaviləsinin imzalanması ilə kommunikasiyaların açılmasına, həm də sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə aiddir.

Məsələ A.Mrizoyanın dediklərində deyil. Çünki Ermənistan dildə bir şey deyir, əməldə tamam başqadır. Biz buna öyrəncəliyik. Əsas məqam budur ki, gürcü nazir İrəvanda müştərək Qafqaz evi ideyasından söz açır. Yəni o, faktiki olaraq, Azərbaycan rəhbərliyinin “region region ölkələri üçündür” şüarını dəstəklədiyini açıqlayır. Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində isə Avropa İttifaqının tərkibi alman polislərindən və fransız jandarmlarından ibarət mülki müşahidə missiyası keşik çəkir. Bu günlərdə isə missiyanın müddəti uzadıldı. Deməli, regionda NATO təsisatının formalaşdırılması prosesi qətiləşdi. 

Əlbəttə, Cənubi Qafqazda perspektivi Şimali Atlantika Alyansının formalaşdırılmasına hesablanmış missiyanın mövcudluğu narahatlıq doğurmaya bilməz. Çünki belə bir təsisatın Ermənistanda illüziya yaratdığı, bunun isə reallıqları görməyə və sülhə gəlməyə maneəçilik törətdiyi gün kimi aydındır. Deməli, Gürcüstanın da prioritet seçdiyi məqamların şübhə doğurduğu təmayüllər qalmaqdadır. Rəsmi Tbilisi regionda işğalçılıq niyyətlərinə qarşıdır, ona görə də xanım Boçorişvili Rusiyanın Cənubi Osetiyada və Abxaziyada ölkəsinin ərazi bütövlüyünü və suverenliyini pozduğunu qabardır. Daha dəqiq desək, işğal faktını önə çəkir. Azərbaycanın da mövqeyi işğalçılıq əleyhinədir və bunu dəfələrlə bildirib və Gürcüstana dəstəyini nümayiş etdirib. İndi A.Mirzoyan da Rusiyanın suveren Gürcüstana qarşı qəsbkarlıq reallaşdırdığını bildirib. O zaman sual olunur: İrəvanın Aİ-nin missiyasını NATO missiyası perspektivinə daşımaq əzmi nə üçündür? 

Belə bir nəticəyə gəlmək mümkündür ki, Aİ-nin Cənubi Qafqazdakı mövcudiyyəti “rus işğalı”na davamlılıq gətirən amildir. Niyəsini izah edək. Baxın, Rusiya klassik imperiya təfəkkürü ilə davranmağa meyillidir. Əlbəttə, bu hal yolverilməzdir. Kreml tərəfdaşlarla münasibətlərini bərabərtərəflilik prinsipinə uyğun qurmağı bacarmalı, hegemonluğa can atmamalıdır. 

Ancaq hərdən elə təəssürat yaranır ki, Qərbdə Rusiyanın ənənəvi mənfi yanaşmalarından uzaqlaşmasını istəməyənlər var. Onlar daim Moskvanı qıcıqlandırmaq yolu tutur, “rus ayısının” hərəkətə gəlib qeyri-standart davranmasını gözləyir, bunun üçün şərait formalaşdırırlar. Vaxtilə Cənubi Osetiya və Abxaziyanın işğalı Qərbin böyük ölçüdə o zamankı gürcü rəhbərliyinə təsirlərinin nəticəsi idi. 

İndi Aİ Ermənistan vasitəsilə Rusiyanın, tarixən, maraq dairəsində olan regionda, belə demək mümkünsə, qurşaqdan aşağı oyun qaydalarını diktə etməyə çalışırsa, vaxtilə Gürcüstanın başına gələnlər indi də Ermənistan üçün aktualdır. Halbuki, qarşılıqlı əməkdaşlıq yolu ilə bütün tərəflərin maraqlarının nəzərə alınması mümkündür. Hesab edirik ki, Moskvada indi bu reallığı anlayanların sayı bütün dövrlərdəkindən daha çoxdur. Deməli, Cənubi Osetiyanın və Abxaziyanın işğalının səmərəsizliyini də dərk edən çoxluğun yaranması realdır.

Ermənistan rəhbərliyi Aİ-nin missiyasını ölkənin təhlükəsizliyinin qorunması baxımından izah edir və saxta arqumentlər irəli sürür. Ona görə əsassız ki, təhlükəsizliyin başqa seqmentləri var və regionda sülhün və əmin-amanlığın formalaşmasının qarşılıqlı dialoq motivi çərçivəsində görüləcək işlər tükənməyib. Həmin işləri gerçəkləşdirmək üçün iradə, qətiyyət və müstəqil hərəkət etmək bacarığı lazımdır. Sadaladığımız keyfiyyətlər isə İrəvanda yoxdur. 

Gürcüstan isə bu günlərdə keçirilmiş parlament seçkiləri ilə ortaya iradə qoydu və mövcud amil ölkənin regional müstəvidə də aktivləşməsi reallığını doğurur. Odur ki, xanım Boçorişvilinin Bakıya, ardınca İrəvana səfəri rəsmi Tibilisinin bölgədəki aktivlik parametri baxımından önəmlidir. 

Əlbəttə, hazırda Azərbaycan və Ermənistan arasında vasitəçilik missiyasına ehtiyac yoxdur. Dövlətimizin barış mühiti baxımdan bəyan etdiyi şərtlər var. Birincisi, Ermənistan konstitusiyasının ölkənin İstiqlaliyyət Bəyannaməsinə söykənən qonşulara qarşı ərazi iddiası məntiqi aradan qalxsın. Bunun yolu referendumdan keçir. Baş nazir Nikol Paşinyan iqtidarının isə prosesi reallaşdırmaq əzminin olmadığı görünür. Digər şərtimiz isə ATƏT-in Minsk qrupunun rəsmi şəkildə ləğvi ilə bağlı Bakı və İrəvanın müvafiq müştərək müraciət ünvanlamasıdır. Nikolun açıqladığı sonuncu tezislərdən məsələnin Ermənistan üçün ən son prioritet olduğu göründü. O zaman sual yaranır: Gürcüstan Ermənistana mövcud istiqamətlərdə təsir göstərə bilərmi?  

Sualımız ritorikdir. Təbii ki, məsələ Tbilisinin İrəvanı düz yola gətirmək bacarığında olub-olmamasında deyil. Yəni indiki durumda buna inanacaq qədər sadəlövhlük uzağıq. Sadəcə, Gürcüstan rəhbərliyinin regional sülhlə bağlı qətiyyətli təsəvvürləri faydalıdır. O anlamda ki, hazırkı gürcü iqtidarı da proqmatik və rasional davranışı ilə seçilir.  Belə bir siyasi ovqat Ermənistana da hansısa formada təsir göstərə bilər. Axı “region region ölkələri üçündür” formulunun başlıca qayəsi məhz buna hesablanıb. 

Sonda söylədiklərimizin fonunda bir məqamı da vurğulayaq ki, Gürcüstanın Azərbaycan və Ermənistan arasındakı normallaşmaya töhfəsi klassik vasitəçilik nöqteyi-nəzərindən qəbul edilməyəcək məsələdir. Mövcud trayektoriyada daha çox region ölkələrinin bir-birilə əməkdaşlığının möhkəmləndirilməsinin təbii zərurət kimi vurğulanması amili əsasdır. 

Rəsmi İrəvana bununla əlaqədar reallıqları görüb dəyərləndirmək qalır. Əlbəttə, xaricdəki havadarlarının təsirindən uzaqlaşmağı, az da olsa, bacarsa. Əks halda...

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Yanvar 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zakir Həsənovdan Vətən Müharibəsi Qəhrəmanına böyük jest RÜTBƏSİNİ ARTIRDI

11 İyul 2026 19:42see443

Xameneinin tabutunu daşıyan gizli şəxs kimdir? VİDEO

11 İyul 2026 10:18see421

İranın milyardlarla dollarlıq əməliyyatları ifşa edildi ABŞ hərəkətə keçdi

11 İyul 2026 09:38see369

Qələbənin memarı: Cənab Ali Baş Komandan kitabının təqdimatı olub

11 İyul 2026 14:34see256

Dünyanın gözü Hörmüzdə: ABŞ nin İrana verdiyi vaxt bitir, gəmilər radarlardan itir

11 İyul 2026 09:02see219

Argentina İsveçrə matçında daha bir qol CANLI YENİLƏNİR

12 İyul 2026 06:32see209

Zelenski silah çatdırılmasının sürətindən narazıdır

12 İyul 2026 00:33see195

Ramin Nurəhmədov yeni vəzifəyə təyin olundu

12 İyul 2026 11:35see186

“Rihanna dördüncü dəfə ana olacaq”

11 İyul 2026 08:41see183

Aygün Kazımovanın 26 il əvvəl başına gələn hadisə gündəm oldu (Video)

12 İyul 2026 01:03see164

Qlobal atmosfer qazanı qaynayır Azərbaycana yeni hava zərbəsi gəlir

11 İyul 2026 15:27see163

Bakı Qazax yolunda avtobus qəzası: DYP dən açıqlama

12 İyul 2026 11:20see163

Goranboyda azyaşlı ot tayasına od vurdu

12 İyul 2026 04:25see160

Bir neçə saatdan günlərə qədər... Hollivud tarixinin ən qısa evlilikləri

11 İyul 2026 16:22see160

Trabzondan İstanbula uçan təyyarə sərnişinə görə geri qayıtdı

12 İyul 2026 02:54see158

Tramp Ukraynanın uzaqmənzilli zərbələrindən təsirlənib

12 İyul 2026 02:21see158

Azərbaycançılığın təbliği Lerikdə davam etdi

11 İyul 2026 18:20see157

DÇ 2026: İngiltərə Norveçə, Argentina İsveçrəyə qarşı

11 İyul 2026 14:51see156

Tarixdə 1 milyard dollar gəlir gətirən ilk bioqrafik film oldu “MAYKL” REKORD VURDU

13 İyul 2026 03:31see151

Rusları yaxın gələcəkdə partlayıcı qiymət artımları gözləyirlər...

11 İyul 2026 18:33see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri