Vakansiyalar arasında maaş uçurumu 300 10 000 manat arasında dəyişir
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son iki gündə əmək bazarında ən çox xidmət və satış sahələri üzrə vakansiyalar üstünlük təşkil edib.
Yeniavaz.com ölkənin aparıcı iş elanı saytlarına istinadən xəbər verir ki, 27 və 28 yanvar tarixlərində yerləşdirilən vakansiyalar arasında ən aşağı maaş təklifi əsasən xidmət və yardımçı sahələrə aiddir.
Belə ki, xadimə, ofisiant, kassir, katibə, kamera nəzarətçisi, dezinfektor və tibb bacısı kimi vakansiyalarda əməkhaqqı 300–500 manat arasında dəyişir.
Aşağı maaşlı işlər sırasında mühafizəçi, fəhlə, köməkçi fəhlə, anbar işçisi və piyada kuryer vakansiyaları da yer alır. Bu sahələrdə təklif edilən əməkhaqqı əsasən 500–700 manat təşkil edir.
Orta maaşlı vakansiyalar sırasında mühasib, elektrik, mexanik, texniki servis işçisi, anbardar, aşpaz və komputer ustası kimi peşələr üstünlük təşkil edir. Bu sahələrdə maaşlar əsasən 700–1100 manat aralığında təklif olunur.
Satış və marketinq sahəsində isə maaşların nisbətən yüksək olduğu görünür. Satış təmsilçisi, tibbi nümayəndə, optik tibbi nümayəndə və korporativ satış meneceri vakansiyalarında əməkhaqqı 1000–1500 manat arasında dəyişir. Alış meneceri və logistika üzrə əməliyyat meneceri vakansiyalarında isə maaş 1200 manata qədər yüksəlir.
Əmək bazarında ən yüksək maaş təklif edilən vakansiyalar səhiyyə və idarəetmə sahəsində qeydə alınıb. Maliyyə direktoru vakansiyasında maaş 2000–2500 manat, stomatoloq-terapevt vakansiyasında 1000–1500 manat, stomatoloq-cərrah vakansiyasında isə 4000–10000 manat aralığında maaş təklif olunur.
Fəridə Əsədzadə
Baxış sayı:79
Bu xəbər 29 Yanvar 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















