Icma.az
close
up
RU
Valdas Dambrauskas: Bugünkü “Sabah” istədiyim komanda deyil

Valdas Dambrauskas: Bugünkü “Sabah” istədiyim komanda deyil

Icma.az, sport24.az saytına istinadən bildirir.

Misli Premyer Liqasının XI turunun "Kəpəz" – "Sabah" oyunundan (1:3) sonra qonaq komandanın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Qələbə münasibətilə "Sabah" ailəsini təbrik edirəm. Nəticə yaxşıdır, qollar vurduq, qalib gəldik. Lakin bəzi məqamlardan razı qalmadım. Oyunun əvvəlində səhvlər etdik. "Kəpəz" oyuna yaxşı hazırlaşmışdı. Topu qəbul edir, uzun ötürmələrlə oynamağa çalışırdılar. Hücumçuları da bu ötürmələrə açılırdılar. Bu da bizim müdafiəçilərimizdən diqqət istəyir. Bir balaca yuxulamış olsaydıq, rəqib bizi cəzalandıracaqdı. Oyundan məmnun deyiləm. Möhtəşəm meydança var idi, amma kifayət qədər səhvlər etdik. Düşünürəm ki, daha yaxşı oynamalı idik. Amma hər bir halda, üç xal qazanmısansa, çox yaxşıdır. Qarşıda milli komandanın oyunlarına görə yaranan fasilədə uşaqlara istirahət verib, daha sonra bərpa olacağıq.

– "Qarabağ"la təxirə salınmış oyunda qələbə qazansanız, lider ola bilərsiniz. Nədən narazısınız ki?


– Düşünürəm ki, böyük komandalara qarşı dominant futbol oynaya bilirik. Amma bu gün bunu bacarmadıq. Rəqib müdafiəmizi yarmağa çalışırdı. Mövqe səhvlərinə yol verdik. Kifayət qədər ritmdə deyildik. Dominant "Sabah"ı hiss etmədim. Hətta yarımmüdafiədə düzgün oynamadıq. Dəyişikliklər etdik, bir balaca oyunu artırdı. Amma rəqibin ilk təzyiqini yardıqdan sonra irəlidə yaxşı epizodlar yaratsaq da, sonluq gəlmirdi. "Qarabağ", "Neftçi", "Araz-Naxçıvan", "Turan Tovuz" kimi komandalarla oyunlarda bir-iki şansın olur və bundan yararlanmalısan. Düzdür, turnir cədvəlində irəliləmişik. Amma bugünkü "Sabah" istədiyim komanda deyil. Performansımız istədiyim kimi deyildi.

– Parris ikinci hissədə oyuna daxil olsa da, sonra əvəzləndi. Bu, nə ilə bağlı idi?


– Oyunundan narazı qaldım. Meydançaya daxil olduqdan sonra istədiklərimizi həyata keçirmədi. Tapşırıqları yerinə yetirmədiyi üçün əvəzlədim. Düzgün qərarlar vermirdi. Onun əvəzinə meydana daxil olan Xəyal Əliyev 7-8 dəqiqə oynamasına baxmayaraq, təsirli ola bildi. Bir oyunçu istədiklərimi verə bilmirsə, həll yolu tapmalıyam.

– Bu oyun bir kənara. "Sabah" istədiyiniz səviyyədədirmi?


– Həmişə demişəm, mənimçün önəmli bir oyun bitdikdən sonrakı məşq və növbəti matçdır. Turnir cədvəlinə baxmırıq. 10-12 oyun əvvəl nələrinsə olduğunu demək düzgün deyil. Bu günə baxırıq. Fərdi və individual səhvlərimiz üzərində çalışmalıyıq. Mənimçün önəmli olan şeylərdən biri də davamlılıqdır. Eyni zamanda köklənmək də vacibdir. Komandamda döyüşkən ruh olmasını istəyirəm. Düzdür, bu gün xoşbəxtlikdən hesab 3:1 idi. 85-ci dəqiqədə rəqib fərqi azaltsaydı, gərginlik yarana bilər, fərqli nəticələr ola bilərdi. İstədiyim odur ki, 3:1-dən sonra da qollar vurmağa çalışım.

– Komandanız çempionluğa namizəd göstərilir. Axşamkı "Qarabağ" – "Neftçi" oyununda hansı nəticəyə ümid edirsiniz?


– Nəticənin bizim üçün fərqi yoxdur. Bir-iki aydan sonra nələrin olacağını demək çətindir. Təkanı yaxalamaq önəmlidir. İstərdim ki, belə oyunlar gərgin mübarizə şəraitində keçsin. Güclü komandaların olması çempionatın inkişafı üçün yaxşı olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sport24.az
archiveBu xəbər 09 Noyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see406

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see379

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see363

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see320

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see308

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see278

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see256

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see197

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see186

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see179

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri