Icma.az
close
up
RU
Valdas Dambrauskas: Heyəti qurarkən futbolçuların pasportuna baxmıram

Valdas Dambrauskas: Heyəti qurarkən futbolçuların pasportuna baxmıram

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Sabah" Misli Premyer Liqasının 2-ci turu çərçivəsində səfərdə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Sabah" ailəsini, uzaq səfərə gələn azarkeşləri təbrik edirəm.4 ilə yaxındır ki, Şamaxı səfərində qalib gələ bilmirdik. Mənim üçün çox xoş oldu. Meydanda görmək istədiklərimizin hamısını gördük. "Şamaxı" çox çətin rəqibdir. Bura gələn komandalar meydanda yüz faizini verməsə, qarşılarında inadkar "Şamaxı" görəcəklər. Rəqib yaxşı təşkilatlanmış və intizamlı komandadır. Onlar yaxşı müdafiə olunurlar. Oyuna çox yaxşı başladıq. Bu qolu həftə ərzində çox işləmişdik. Topa nəzarət bizdə idi. İkinci hissədə rəqibin müdafiəsində boşluqlar tapmaq çətin idi. Havanın da təsiri ola bilər. Rəqib möhtəşəm zərbə ilə hesabı bərabərləşdirdi. Bu qoldan sonra oyunçularımın reaksiyası xoşuma gəldi. Hiss edirdik ki, böyük səhvlər etməsək, buradan qələbə ilə qayıda bilərik. Artıq növbəti oyuna köklənməliyik. Sabah məşqimiz var. Bütün komandalar mövsümə pozitiv hisslərlə başlayıb. Səfərdə qazanılan 3 xal bizi sevindirir.

- Azərbaycan Premyer Liqasında ilk oyuna çıxdız. Çempionatın hansı özəlliyi sizi cəlb etdi?

- Həmişə avrokubok oyunlarından sonra çempionata köklənmək çətin olur. Belə hallarda nizam-intizam çox önəmlidir. Avropada 6 oyun keçirmişik. Artıq oyun ritminə alışmışıq. Hələ ki Azərbaycan futbolu barədə ekspert deyiləm. Televizorda oyunlara baxmışam. İki turdan sonra məndə belə qənaət yaranıb ki, favorit komanda yoxdur. "Qarabağ", "Neftçi" kimi komandaların rəqibləri onlara qarşı yaxşı mübarizə aparır. Hər komandanın özünün spesifik oyun planı var. Düşünürəm ki, hamımız birlikdə böyüməliyik. İnfrastrukturu yaxşılaşdırmaq, keyfiyyətli oyunçular cəlb etməklə bir yerdə inkişaf etməliyik.

- Coy-Lens Mikelslə İqor Noqeyra arasında mübahisə oldu. Həmin epizodu necə şərh edərdiniz?

- Əlbəttə ki, belə halları görməkdən məmnun deyiləm. Onların mübahisəsinin səbəbi daha yaxşı oynamaq istəməkləridir. Artıq hər şey bitib. Onlar oyundan sonra bir-biri ilə qucaqlaşdılar. Bu mövzu bağlanıb.

- 11 legioner sifariş etmisiz. Daha neçə legionerə ehtiyacınız var?

- Sualınız mənə təəccüblü gəldi. Mən daha çox oyunçuların məşqə yanaşmasına baxıram. Heyəti qurarkən futbolçuların pasportuna baxmıram. Komandanı rəqibə görə hazırlayıram. Kim hazırdırsa, ona şans verirəm. Əlində olan heyətdən məmnunam.

- "Qarabağ" çempionatda ikinci heyətlə oynayır.  Onları qabaqlaya bilərsiz?

- "Qarabağ"ın çempionatda hansı heyətlə oynaması ilə bağlı şərh verə bilmərəm. Mənim üçün ilk 11-lik, ikinci 11-lik deyə bir şey yoxdur. Öz oyunçularımdan məmnunam. Həmişə çalışırıq ki, komandanı inkişaf etdirək. 10 aydan sonra nələrin olacağını deyə bilmərəm. Sabah bərpa məşqçi keçəcəyik. Hazırda ən önəmli oyun növbəti turda "İmişli"yə qarşı olan matçdır.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Avqust 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see188

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see163

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see158

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see154

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see146

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see144

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see134

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see134

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see133

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see130

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see126

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri