Icma.az
close
up
RU
Valdas Dambrauskas: “Oyun keyfiyyətimiz düşmür”

Valdas Dambrauskas: “Oyun keyfiyyətimiz düşmür”

Apasport portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Misli Premyer Liqasının IV turunda "Sabah" "Zirə"ni məğlub edib - 5:0.

Apasport.az xəbər verir ki, matçdan sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.

“Oyunçularımı təbrik edirəm. Onlar bu gün oyun planımızı möhtəşəm şəkildə meydançada icra etdilər. Oyuna çox yaxşı başladıq, 10 dəqiqədə 2 qol vurduq. Hücum və pressinq zamanı çox aqressiv idik. İstədiyimizi meydanda edə bilirdik. 3:0-dan sonra futbolçularımdan bir az məmnun qalmadım. Çünki oyunçularımda tələskənlik görürdüm. Onlar hər hücumu bitirməyə çalışırdılar, ancaq mən istəyirdim ki, onlar daha çox oyunumuzu rəqibə qəbul etdirsinlər. Bəzən iki yarımmüdafiəçimiz ara ötürmələrini bağlaya bilmirdi, bu hallardan o qədər də məmnun qalmadım. Komanda 5:0 qalib gəlirsə, qol da buraxmırsa, ümumən razı qalmamaq düzgün deyil. Komandamın bu günkü oyunundan çox məmnunam. Bu nəticəni unuduruq, qarşıdakı matça köklənirik”.

- Umarali Raxmonaliyev və Stiv Solvetin vəziyyəti nə yerdədir?
- Onların nə vəziyyətdə olduqlarını bilmirik. Solvet MRT üçün xəstəxanaya yollandı. Bir az ciddi zədəyə oxşayır.

- Bu gün oyun planı sırf “Zirə”yə qarşı nəzərdə tutulmuşdu, yoxsa planın içərisində “Mançester Yunayted”lə görüş üçün də B planı var idi?
- Əlbəttə ki, eyni oyun planı ilə İngiltərəyə gedib, “Old Trafford”da “Mançester Yunayted”ə qarşı oynaya bilməzsən. Düzdür, bizim kimliyimiz var. Bu da ondan ibarətdir ki, çalışdıqca hücumda daha çox fəal olmaq, daha çox qol vurmaqdır. İndi kimə qarşı oynayacağımızı bilirik. Təbii ki, bizim “Mançester Yunayted”ə qarşı fərqli planımız və fərqli hazırlığımız olacaq.

- “Sabah” uşaq futboluna və akademiyanın inkişafına önəm verir. Baş məşqçi kimi sizin buna münasibətiniz necədir?
- Klubumun belə bir şeylər etməsinə görə fəxr hissi keçirirəm. Avropada elə klublarda çalışmışam ki, həmin klublar bir il avrokuboklarda iştirak ediblər, bir ildən sonra iflas olublar. Mənim klubum uşaq futboluna, akademiyalara yatırım edib, struktur qurursa, inanılmaz duyğudur, möhtəşəm işlərdir. Bu, tək “Sabah” üçün edilmiş bir şey deyil, Azərbaycan futbolu üçün edilmiş investisiyadır. O uşaqlar tək “Sabah” yox, Azərbaycan millisi üçün də çalışa bilərlər.

- Bəzən baş məşqçilər vacib oyun ərəfəsində bəzi əsas oyunçularını qoruyur. Bu gün Umarali Raxmonaliyev və Stiv Solvet zədələndi. “Zirə” ilə matç sizin üçün vacib idi, yoxsa futbolçuları tonusda saxlamaq önəmli idi deyə, onları meydana buraxmışdınız?
- Futbolçuların vəzifələri sadəcə məşq etmək yox, həm də oynamaqdır. Bizdə hələlik məlumat yoxdur ki, “Mançester Yunayted”ə qarşı kimlər oynamayacaq. Amma sizə onu söz verə bilərəm ki, biz “Mançester Yunayted”ə qarşı 10 nəfərlə oynamayacağıq, yenə də 11 nəfərimiz var və onlar da oynamağa hazırdır. Meydana kim daxil olursa-olsun, bizim oyun keyfiyyətimiz düşmür. 27 gün ərzində 8 oyunumuz var. Elə lüksümüz var ki, oynayaq və 2 gün istirahət verək futbolçularımıza. 19 noyabrdan sonra dekabrın 9-na qədər 7 oyunumuz var. Çalışacağıq ki, öz tempimizi saxlayaq. Bir oyun bitdikdən sonra önəmli olan qarşıdakı matça hazırlaşmaqdır. Ona görə də Çempionlar Liqasına xoş gəldiniz.

“Sabah”dan uşaq futboluna böyük dəstək – 10 milyon manatlıq proqram “Sabah” “Barselona”nı bu stadionda qəbul edəcək - UEFA AÇIQLADI Gəncədə azarkeş rekordu qırıldı - ardıcıl 2-ci dəfə Azər Məmmədov: “Nəticəyə görə üzr istəyirəm” Azər Bağırov: “Azərbaycan futboluna yeni adlar bəxş etmək istəyirik”
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://apasport.az
archiveBu xəbər 05 Sentyabr 2026 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri