Çempionlar Liqasında asan oyun olmur” Valdas Dambrauskas
Icma.az bildirir, Milli.az portalına istinadən.
"Sabah" UEFA Çempionlar Liqası Liqa mərhələsinin III turu çərçivəsində oktyabrın 20-də Bakı Olimpiya Stadionunda "Borussiya"nı qəbul edəcək.
Milli.Az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Rəqib iki oyundur qol vura bilmir. Bu amil onlara xüsusi motivasiya verəcək?
- Bu, bizim üçün yaxşı xəbər deyil. Düz vurğuladınız ki, sabahkı oyuna daha çox fokuslanacaqlar və qol vurmaq üçün əllərindən gələni edəcəklər. Amma mən öz komandama inanıram. "Borussiya" Almaniyanın, dünyanın ən böyük klublarından biridir. Onların çox yaxşı baş məşqçiləri var. Olduqca çətin oyun olacağını gözləyirik. Çempionlar Liqasında hər oyun bizə təcrübə, dərs verir. Sabah da çox şey öyrənəcəyik. "Borussiya" eyni zamanda çox yüksək səviyyədə pressinq edən komandadır. Qarşımızda çox böyük çətinliklər dayanır. Çempionlar Liqasında asan oyun olmur. Sabahkı matçı səbirsizliklə gözləyirəm.
- Xəyal Əliyev sabah oynamağa hazırdır?
- İnanıram ki, hazırdır. Bizim 20-dən çox oyunçumuz var. Hamısı oynamağa hazırdır. Bugünkü məşqdən sonra heyətlə bağlı qərar verəcəyik.
- Ötən matçda stadion boş idi, sabah isə dolu olacağı gözlənilir. Azarkeşlərin qarşısında "Sabah"ın qələbə şansını necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, dolu tribunaların qarşısında oynamaq bizim üçün xoşdur. Azarkeşlər əllərindən gələni edirlər, bizə enerjilərini ötürürlər. Qələbə ehtimalı haqda danışmaq istəmirəm. Daha çox mənə komandamın performansı maraqlıdır. Kiçik detallar vacibdir. Əsas odur ki, diqqətli olaq.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 19 Oktyabr 2026 23:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















