Icma.az
close
up
RU
Valdas Dambrauskas: Oyunun taleyini daha tez həll edə bilərdik

Valdas Dambrauskas: Oyunun taleyini daha tez həll edə bilərdik

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Sabah" Misli Premyer Liqasının 26-cı turunda səfərdə "Araz-Naxçıvan"ı 4:2 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Əvvəlcə "Sabah" ailəsini qələbə münasibətilə təbrik edirəm. Bu gün çox böyük qalibiyyət əldə etdik. Oyuna kifayət qədər yaxşı başlamadıq. Matç bu gün bizim üçün qəribə alındı. Müdafiədən çıxarkən səhvlər etdik, rəqib də bundan yararlandı. Çox şadam ki, qol buraxdıqdan sonra yaxşı reaksiya verdik. Layiqli qələbə qazandıq. Oyunun taleyini daha tez həll edə bilərdik. Çox qol fürsətimiz var idi. Qələbəyə görə xoşbəxtəm. Üç gündən sonra yeni oyun olacaq. Artıq bu matçı unudub, qarşıdakı görüşə köklənməliyik

- Bu cür performansı mövsümün sonuna qədər davam etdirə biləcəyinizi düşünürsüz, yoxsa, ehtiyat edirsiz ki, hansısa eniş yaşana bilər?

- Bu, məni narahat etmir. Mən sadəcə qarşıdakı oyunu fikirləşirəm. O qarşılaşma məni narahat edir. Çünki yaxşı bərpa olmalıyıq. Oyunlar qısa müddət ərzində keçirildikdə, əlavə taktika keçə bilmirik. Amma gördüyümüz işlər 8-9 ayın göstəricisidir.

- "Sabah"ın avrokuboklara vəsiqə qazanması dəqiqləşdi. Bu faktı bilirdiz? Buna görə təbrik almışdız, yoxsa əsas təbriki mövsümün sonunda alacaqsız?

- Həqiqətən bu barədə bilmirdim. Bizim üçün böyük uğurdur. Mən bura gəlməmişdən öncə hədəf Avropada iştirak etmək idi. Bunları unuduruq, bu haqda düşünmürük.

- İvan Lepnitsanın duurmu nə yerdədir? Üstəlik, onun adı xarici klublarla hallanır. Bu haqda onunla söhbət etmisiz?

- Sualın ikinci hissəsi ilə başlayım, oyunçu ilə bu barədə danışmaq mənim vəzifəm deyil. Önəmli olan odur ki, hər bir futbolçu qarşıdakı matçlara köklənsin. Gələcəyi barədə danışmaq çox tezdir. Vəziyyətinə gəlsək, o, bu gün ehtiyat oyunçular skamyasında idi. Kiçik zədəsi var idi. Buna görə onu riskə atmaq istəmədik. İstədik bərpa keçsin və qarşıdakı matçlara hazırlaşsın. Bizim üçün çox önəmli oyunçudur. Abdullah Xaybulayev də çox yaxşı oyun sərgilədi. Lepinitsanın yoxluğunu hiss etdirmədi.

- Faiz etibarı ilə götürsək, "Çelye" və "Levski" ilə görüşlərdəki "Sabah"la indiki arasında nə qədər dəyişiklik var? Nə qədər yol qət etmisiz?

- Əlbəttə ki, bu faizi hesablaya bilmərəm. Mən məktəbdə riyaziyyatda o qədər yaxşı olmamışam. "Levksi"dən bu yana 30-a yaxın oyun oynamışıq. Əlbəttə ki, inkişaf var, daha yaxşı oynayırıq, yeni futbolçular bizə qoşuldu. İnkişaf elədir ki, bir oyun pis oynasaq da, ondan sonra yenə pis oyun olsa, soruşacaqsız ki, inkişaf haradadır? Hazırda yaya 2 ay qalıb. Düşünürəm ki, inkişaf var, amma daha da inkişaf etməliyik. Siz fəlsəfi sual verdiz, mən də fəlsəfi cavab verdim.


- Oyunun gedişində Hamidu Keyta ilə söhbətiniz oldu. Sirr deyilsə, nə haqda danışırdınız?

- Xüsusi bir şey deyildi. Bizim ləğv edilən 4-cü qolumuzu müzakirə etdik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://sport24.az
archiveBu xəbər 07 Aprel 2026 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri