Icma.az
close
up
RU
İlk oyunun özündən tam razı qalmadım Valdas Dambrauskas

İlk oyunun özündən tam razı qalmadım Valdas Dambrauskas

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Öncə onu deyə bilərəm ki, səfərdəki nəticə bizim üçün uğurlu alındı".

QOL.az "Teleqraf"a istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Moldova "Petrokub"u ilə keçirəcəkləri UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündən öncə jurnalistlərə açıqlamasında deyib.

O deyib ki, ilk matçda 2:0 hesablı qələbə qazanmalarına rəğmən, rəqibə yuxarıdan-aşağı baxmaq olmaz: "Komanda olaraq bərpa prosesini uğurla keçmişik və çalışacağıq ki, əvvəlki oyunlarda olan çatışmazlıqları aradan qaldıraq. Avrokubok matçlarında heç bir rəqibi zəif görmək düzgün deyil".

Dambrauskas cavab görüşü öncəsi bir neçə məqama diqqət çəkib: "Nəticə pis olmasa da, yenə əlimizdən gələni etməliyik. Bizim üçün müdafiə hücumla başlayır, ona görə də daha çox qol vurmağa çalışmalıyıq. İlk qarşılaşmanın nəticəsi qənaətbəxş olsa da, oyunun özündən tam razı qalmadım. Razı qaldığım xüsusilə son 10 dəqiqə oldu. Amma ümumi götürdükdə rəqib topa daha çox sahib idi. Mən isə istəyirəm ki, komandamız oyuna dominant şəkildə nəzarət etsin və topa sahib olma faizi bizdə daha yüksək olsun".

Baş məşqçi transferlərlə deyil, oyun modeli ilə fərqlənmək istədiklərini açıqlayıb: "Bu dönəmdə əsas məqsədim komandamızın oyun sistemini daha da gücləndirməkdir. Eyni zamanda, bu prosesdə indiyə qədər az oynayan futbolçulara daha çox şans verib onların komandaya töhfələrini artırmaq niyyətindəyəm".

Qeyd edək ki, iyulun 31-də "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Petrokub" matçı saat 20:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://qol.az
archiveBu xəbər 30 İyul 2025 18:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri