Valeh Kərimovdan zarafatyana cavab: “Sərin yer axtarıram, deyirlər ki, Mingəçevirdə…“
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Sumqayıt Dövlət Dram Teatrı ilə müqaviləm bu mövsüm başa çatdı. Növbəti mövsümdə isə mənimlə iş birliyinin davam edib-etməyəcəyinə teatr rəhbərliyi qərar verəcək. Müqavilə yenilənsə, fəaliyyətimi davam etdirəcəyəm”.
Moderator.az bildirir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Valeh Kərimov deyib.
82 yaşlı aktyor bildirib ki, yeni müqavilənin bağlanması teatrın gələcək planlarından asılıdır:
“Əgər mənə ehtiyacları olsa, dəvət edəcəklər, olmasa, etməyəcəklər. Müqavilənin şərtləri belədir”.
Yay tətilini necə keçirəcəyi ilə bağlı suala isə Xalq artisti özünəməxsus yumorla cavab verib:
“Nə bilim, vallah. Sərin yer axtarıram. Deyirlər ki, Mingəçevirdən sərin yer yoxdur. Tanışdan, dostdan dəvət edən olsa, gedərəm, Kürün qırağında, ağacların altında oturub söhbət edərik. Artistin nə planı olur ki? Həyat necə gətirsə, qismətə nə düşsə, onunla kifayətlənirik. Vaxt və imkan olanda da harada alınsa, orada dincəlirik”.
Qeyd edək ki, Valeh Kərimov Azərbaycan teatrı və kinosunun tanınmış simalarındandır. O, çoxsaylı yaddaqalan obrazlar yaratsa da, xüsusilə “Bəxt üzüyü” filmində canlandırdığı “Moşu” obrazı ilə tamaşaçıların yaddaşında xüsusi yer tutub.
Baxış sayı:229
Bu xəbər 19 İyul 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















