Vali açıqladı: Konsulluğa hücum edən 3 nəfərdən 2 si öldürülüb, 1 i ələ keçirilib
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İstanbulun Beşiktaş rayonunda İsrailin Baş konsulluğu yaxınlığınd abaş verən atışmada silahlı basqın edən üç nəfərdən ikisi öldürülüb, biri isə ağır yaralı halda ələ keçirilib, iki polis əməkdaşı da yaralanıb.
Ölkə.az xəbər verir ki, bunu İstanbul valisi Davud Gül hücumla bağlı açıqlama verərkən deyib.
Hadisə yerinə çoxsaylı polis qrupları göndərilib və ərazidə ciddi təhlükəsizlik tədbirləri görülüb.
Ədliyyə naziri Gürlek Baş Prokurorluğun İstanbuldakı İsrail konsulluğu yaxınlığında baş verən atışma ilə bağlı araşdırma başlandığını açıqlayıb.
Nazir Gürlek sosial media hesabında paylaşım edərək bu açıqlamanı verib:
"İstanbulun Beşiktaş rayonundakı İsrail konsulluğu ətrafında atışma xəbərləri ilə bağlı İstanbul Baş Prokurorluğu dərhal araşdırma başlandı".
Hadisənin bütün aspektlərinə aydınlıq gətirmək üçün Baş Prokurorluğumuzun koordinasiyası və müvafiq hüquq-mühafizə orqanları ilə birlikdə işlər davam etdirilir və istintaq diqqətlə və hərtərəfli şəkildə aparılır.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 07 Aprel 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















