Icma.az
close
up
RU
Valideyn hər il eyni test kitabına niyə pul ödəməlidir? Deputatdan TƏKLİF

Valideyn hər il eyni test kitabına niyə pul ödəməlidir? Deputatdan TƏKLİF

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Hər il yenilənən test kitabları və imtahan bankları valideynlərin xərclərini artırır. Xüsusilə iki və daha çox məktəbli övladı olan ailələr böyük uşaqlar üçün alınmış vəsaitlərdən sonrakı illərdə kiçik övladları üçün istifadə etməkdə çətinlik çəkirlər.

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, böyük övlad üçün alınan test kitabının növbəti il kiçik övlad üçün istifadəyə yararsız hesab olunması ailələri eyni vəsaiti yenidən almağa məcbur edir.

Deputat qeyd edib ki, test vəsaitlərinin yenilənməsinin müəyyən pedaqoji əsasları ola bilər.

“Tədris proqramında, imtahan modelində və sualların məzmununda dəyişikliklər, mövzuların ardıcıllığının yenilənməsi yeni nəşrin hazırlanmasını zəruri edə bilər. Lakin burada əsas məsələ kitabın hər il yenilənməsi deyil, bu yenilənmənin nə qədər əsaslı olmasıdır.

Əgər dəyişiklik yalnız sualların yerinin dəyişdirilməsi, bir neçə yeni tapşırığın əlavə edilməsi və ya dizaynın yenilənməsi ilə məhdudlaşırsa, bunu tamamilə yeni vəsait kimi təqdim etmək valideynlər üçün əlavə xərc yaradır”, - deyə deputat vurğulayıb.

E.Akimova bildirib ki, test kitablarından yalnız şagirdlər deyil, müəllimlər də dərs və ev tapşırıqları zamanı əlavə vəsait kimi istifadə edirlər.

Onun sözlərinə görə, müəllimlər test banklarından mövzuların möhkəmləndirilməsi, şagirdlərin biliklərinin yoxlanılması və imtahan formatına uyğun tapşırıqların seçilməsi məqsədilə yararlanırlar. Buna görə də nəşrlərdə aparılan dəyişikliklərin real pedaqoji əsasa söykənməsi vacibdir.

Deputat hesab edir ki, test vəsaitlərinin yenilənməsi prosesində daha şəffaf yanaşma tətbiq olunmalıdır.

“Yeni nəşr əvvəlki kitabdan ciddi şəkildə fərqlənirsə, hansı mövzuların, standartların və sual modellərinin dəyişdiyi açıq şəkildə göstərilməlidir. Valideyn bilməlidir ki, yeni kitabı almaq həqiqətən zəruridir, yoxsa sadəcə nəşrin yeni ili və ya fərqli dizaynı üçün pul ödəyir”, - E.Akimova deyib.

Deputatın fikrincə, problem yalnız bir test kitabının qiyməti ilə məhdudlaşmır:

“Bir ailədə bir neçə uşaq oxuyursa və hər il müxtəlif fənlər üzrə yeni test vəsaitləri alınırsa, bu xərclər ciddi məbləğə çevrilə bilər. Təhsildə keyfiyyətin yüksəldilməsi yeni vəsaitlərin hazırlanmasını tələb edə bilər, amma bu proses ailələrin iqtisadi yükü nəzərə alınmaqla təşkil edilməlidir”.

E.Akimova əlavə edib ki, əsas sual test kitablarının niyə hər il dəyişməsi deyil, edilən dəyişikliklərin nə dərəcədə zəruri olmasıdır.

“Əgər test bankının məzmununda ciddi yenilik yoxdursa, əvvəlki nəşrdən istifadə imkanının saxlanılması, yaxud yeni və əvvəlki nəşrlər arasındakı fərqlərin açıq şəkildə göstərilməsi daha məntiqli yanaşma olardı. Bu, həm valideynlərin əlavə xərcini azaldar, həm də müəllim və şagirdlər üçün test vəsaitlərindən daha səmərəli istifadə imkanını qoruyar”.

Lamiyə Cənnətzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Sentyabr 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri