Icma.az
close
up
RU
Valideyn konfransları: valideyn məktəb əməkdaşlığına yeni baxış

Valideyn konfransları: valideyn məktəb əməkdaşlığına yeni baxış

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 aprel, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrini əhatə edən 2026-cı il üzrə Valideyn konfransları başa çatıb.

BŞTİ-dən AZƏRTAC-a bildirilib ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) təşəbbüsü ilə keçirilən konfranslar çərçivəsində sonuncu görüş Xəzər rayonu ümumi təhsil məktəbləri üzrə təşkil olunub.

MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova sağlam düşüncəli, müasir dövrün tələblərinə cavab verən gənclərin yetişdirilməsində məktəb, müəllim və valideyn əməkdaşlığının həlledici rolundan danışıb. Bu məqsədlə valideynlərin məktəb ətrafında daha təşkilatlanmış şəkildə birləşməsinin, proseslərin şəffaf və səmərəli qurulmasının vacibliyini qeyd edib. Nərminə Hüseynova vurğulayıb ki, valideynlərlə açıq dialoqun qurulması, onları narahat edən məsələlərin dinlənilməsi, təklif və tövsiyələrinin nəzərə alınması gələcək addımların daha dəqiq müəyyənləşdirilməsinə imkan verir.

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova valideynlərin məktəblə birgə əməkdaşlığının uşaqlarla bağlı məsələlərin vaxtında müəyyənləşdirilməsində oynadığı mühüm roldan bəhs edib. Bu əməkdaşlığın gücləndirilməsinin uşaqlar üçün daha təhlükəsiz və dəstəkləyici mühitin formalaşmasına töhfə verdiyi bildirilib.

Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov məktəblərin fəaliyyətinin cəmiyyətə düzgün şəkildə çatdırılmasında valideynlərin də mühüm rol oynadığını vurğulayıb. Sektor müdiri qeyd edib ki, valideynlər yalnız təhsil prosesinin izləyicisi deyil, eyni zamanda məktəbin təəssübkeşi kimi çıxış etməlidir. Bu yanaşma məktəb-icma münasibətlərinin daha sağlam və etibarlı əsaslar üzərində qurulmasına xidmət edir.

“Valideyn-məktəb əməkdaşlığı və ünsiyyətin düzgün təşkili” mövzusunda təqdimatla çıxış edən BŞTİ-nin əməkdaşı, psixoloq Aysel Novruzova diqqətə çatdırıb ki, ünsiyyətin keyfiyyəti yalnız məlumat mübadiləsi ilə deyil, qarşılıqlı anlayışın formalaşması ilə ölçülür. Psixoloq qeyd edib ki, valideyn və məktəb arasında qurulan ardıcıl və məqsədyönlü ünsiyyət uşağın davranışına təsir edən amillərin daha düzgün yönləndirilməsinə şərait yaradır.

Daha sonra iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb. Valideynlər məktəblərdə psixoloqların sayının artırılmasını, həmçinin məktəb psixoloqlarının yalnız şagirdlərlə deyil, valideynlərlə də vaxtaşırı maarifləndirici təlimlər və vebinarlar təşkil etməsini, valideynlər üçün məktəb-müəllim münasibətlərinin tənzimlənməsi istiqamətində müvafiq davranış qaydalarının müəyyən edilməsini və digər təklifləri irəli sürüblər.

Səsləndirilən təkliflər qeydə alınıb və həlli istiqamətində müvafiq addımların atılacağı bildirilib.

Qeyd edək ki, konfransın keçirilməsində əsas məqsəd məktəb-icma əməkdaşlığını gücləndirməklə uşağın hərtərəfli inkişafını təmin etmək, həmçinin təlim-tərbiyə prosesində valideynin iştirakının davamlı, sistemli və məqsədyönlü şəkildə təşviq olunmasından ibarətdir.

2025-ci ildən etibarən təşkil olunan Valideyn konfransları paytaxtın inzibati rayonları üzrə bütün ümumi təhsil məktəblərini əhatə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2026 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see344

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see340

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see339

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see301

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see293

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see291

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see288

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see278

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see277

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see269

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see268

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see235

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see225

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see225

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri