Icma.az
close
up
RU
Valideyn müəllim əməkdaşlığı mövzusunda növbəti tədbir keçirilib

Valideyn müəllim əməkdaşlığı mövzusunda növbəti tədbir keçirilib

Icma.az, Azpost portalına istinadən məlumat verir.

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Valideyn-müəllim əməkdaşlığının gücləndirilməsi” layihəsinin növbəti tədbiri 7 iyul 2026-cı il tarixində Masallıda “Park Masallı Resort”-da keçirilib.

Qeyri-formal, səmimi mühitdə keçirilən tədbirdə Masallı Rayon Təhsil sektorunun nümayəndəsi Hörmət Balakişiyev, Masallı  məktəblərindən valideynlər və müəllimlər, məktəb direktorları iştirak ediblər. Layihə rəhbəri Şahin Rəcəbovun moderatorlugu ilə “Təhsilin əsas tərəfdaşları: valideyn və müəllim kimdir?” (“Valideynin hüquq və vəzifələri”, “Müəllimin hüquq və vəzifələri”); Valideyn-müəllim-şagird əməkdaşlığı” (“Müəllimlərə necə dəstək olmaq olar, əməkdaşlığı necə qurmaq olar”, “Əməkdaşlığın prinsipi, formaları və faydaları”, “Ailə-məktəb münasibətləri, qarşılıqlı öhdəliklər”, “Valideyn-müəllim-şagird üçbucağı”); “Valideyn-müəllim-şagird əməkdaşlığı” (“Müəllimlərə necə dəstək olmaq olar, əməkdaşlığı necə qurmaq olar”, “Əməkdaşlığın prinsipi, formaları və faydaları”, “Ailə-məktəb münasibətləri, qarşılıqlı öhdəliklər”, “Valideyn-müəllim-şagird üçbucağı”); Uşaqların təhsil problemləri” (“Uşaqların hansı hüquqları var və onlar necə təmin edilməlidir”, “Uşaqla necə dost olmaq olar, özgüvəni necə yaratmalı, uşaq arzularına diqqət, uşaqla rəftarın pedaqoji xüsusiyyətləri”, “Müasir dövrdə valideyn-uşaq münasibətləri problemlərinin psixoji aspektləri, uşaqlara özlərini qorumaq üçün nələri izah etmək lazımdır”); Münaqişələr və zorakılığın təsiri” (“Ailə daxili münaqişələrin və ailədə zorakılığın uşaqlara təsiri”, “Məktəbdə büldinqin fəasdları. Müəllim və valideyn dəstəyi”); “Uşaqların sağlamlığı, gigiyenası və təhlükəsizliyi, icma əməkdaşlığı” (“Ailədə və məktəbdə sağlam həyat tərzinin təşkili”, “Uşaqların mobil telefonlar, intenet və sosial şəbəkələrdən istifadəsi, uşaqların və ailənin informasiya təhlükəsizliyi”, “Məktəbdaxili, məktəbətrafı icma əməkdaşlığının qurulması və faydaları”) mövzularında maraqlı müzakirələr keçirilib. Məktəb iştirakçıları maraqlı təkliflərlə çıxış ediblər.

Ölkənin 4 regionunu (Quba, İsmayıllı, Masallı, Astara) əhatə etməklə 3 ay müddətində icra olunacaq layihənin əsas məqsədi qeyri formal mühitdə valideynlərlə müəllimlərin əməkdaşlığının gücləndirilməsi, valideynlər üçün uşaqların hüquq və təhsilinə yönəlik pedaqoji maarifləndirməni, gəzinti istirahətini təşkil etməkdir.

Layihə çərçivəsində hər rayonda 16 valideyn, 4 müəllimin iştirakı ilə qeyri-formal mühitdə valideyn-müəllim əməkdaşlığının formalarının müzakirəsi, uşaqlara yönəlik valideynlərim pedaqoji maarifləndirilməsi və iştirakçıların gəzinti istirahəti üçün yay əməkdaşlıq düşərgəsinin təşkili nəzərdə tutulub. Müzakirələrin nəticələri üzrə təkliflərinin hazırlanaraq aidiyyəti orqanlara çartdırılması, tədbirlərin sosial şəbəkələrdə videoçarxlarla yayılması nəzərdə tutulur.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yanaşı, layihənin icrasında tərəfdaşlarımız Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Mərkəzi və yerli İcra Hakimiyyətləri, Regional Təhsil İdarələri, Təhsil sektorları, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq nəzərdə tutulub.

Layihə üzrə növbəti tədbir Astarada keçiriləcəkdir.

Fotolar

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://azpost.info
archiveBu xəbər 08 İyul 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see345

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see284

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see282

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see282

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see274

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see267

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see260

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see258

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see255

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see244

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see242

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see241

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see240

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see239

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see233

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see227

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see227

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see217

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see214

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri