Icma.az
close
up
RU
Azərbaycan Valideyn Müəllim Assosiasiyası Gədəbəydə tədbir keçirib

Azərbaycan Valideyn Müəllim Assosiasiyası Gədəbəydə tədbir keçirib

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən dəstəklənən “Təhsilalanların davranışlarında sosial-ictimai məsuliyyətinin artırılması” layihəsinin növbəti tədbiri – kulturoloji lektoriyası 25 iyun 2025-ci il tarixində  Gədəbəydə İlham Əliyev adına 1 nömrəli məktəbdə keçirildi. 
Tədbirdə iştirak edən şagirdlər və valideynlərlə uşaqların ailədə və təhsildə davranışları, sosial-ictimai məsuliyyəti müzakirə olunub. Uşaq səfirlərinin maraqlı çıxışları oldu. İştirakçılar müzakirələrdə şagirdlərin bəzi hallarda assosial, adekvat olmayan davranışlarının yaranma səbəbləri, təlim-tərbiyə, əxlaq və davranış, ailədaxili münasibətlər, şagirdlərin psixoloji durumu, qidalanması, informasiyaya həssaslığı, mobil smartfonların gətirdikləri asılılıq, keyfiyyətli tədrisə təsir edən amillər, valideynlərin uşaq tərbiyəsində qarşılarına qoyduqları məqsəd və vəzifələr, məktəb ailə əlaqələri və s., mövzulara dair Konstitusiyadakı hüquq və vəzifələrə toxunulub.
İntellektual və ruhi mədəniyyət, mədəniyyətin bütün sferalara təsiri, vətəndaş-şəxsiyyətin, kamil, mədəni insanın formalaşdırılmasında təhsilin, tərbiyənin, elm və maarifin rolu, ugurlu insanın mədəni inkişaf formulu barədə iştirakçılara layihə rəhbəri Şahin Rəcəbov tərəfindən geniş bilgilər verildi, suallar cavablandırıldı. İnteraktiv və səmərəli müzakirələr şəklində keçirilən görüşdə valideynlərin və uşaqların müxtəlif arzu və təklifləri səsləndirildi. Ataların məktəblərə cəlbi, sinif uşaqlarının ailəlikcə biri-birilərinin ailələrinə qonaq getmələri, qarşılıqlı tanışlıq səfərləri, təlim tədrisin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı müxtəlif təşəbbüslər də verilən təkliflər arasında idi. Böyük maraqla qarşılanan tədbirdə valideynlər tərəfindən belə tədbirlərin davamlı olması arzulandı.
“Təhsilalanların davranışlarında sosial-ictimai məsuliyyətin artırılması” layihəsinin məqsədi müasir uşaqların davranışlarında mədəni səviyyə və ictimai məsuliyyəti artırmaq, ailə nümayəndələrin kulturoloji biliklərlə maarifləndirmək, cəmiyyət üçün yüksək mədəniyyətli, sağlam, milli ruhda sosiallaşan, vətəndaş-şəxsiyyət  yetişdirlməsinə töhvə verməkdir.
Layihə 1 may-31 iyul (3 ay) müddətini əhatə etməklə, Bakıda 3 məktəb icmasını və 10 rayonu – Şabran, Qusar, Qax, Zaqatala, Agsu, İsmayıllı, Gəncə, Gədəbəy, Neftçala, Yardımlının ailə nümayəndələrini əhatə edəcəkdir. Bakı və regionlar üzrə  13 kulturoloji lektoriyanın keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə yanaşı, layihənin icrasında tərəfdaşlarımız Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Mərkəzi və yerli İcra Hakimiyyətləri, Regional Təhsil İdarələri, Təhsil sektorları, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq nəzərdə tutulub. Layihənin növbəti tədbiri Neftçala rayonunda olacaqdır. 

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://azpost.info
archiveBu xəbər 26 İyun 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri