“Valideyn müəllim əməkdaşlığının gücləndirilməsi” layihəsinə start verildi
Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.
“Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Valideyn-müəllim əməkdaşlığının gücləndirilməsi” adlı layihəyə start verir.
Layihənin əsas məqsədi qeyri-formal mühitdə valideynlərlə müəllimlər arasında əməkdaşlığın gücləndirilməsi, valideynlər üçün uşaqların hüquqları və təhsili istiqamətində qeyri-formal pedaqoji maarifləndirmənin, eləcə də gəzinti və istirahət proqramlarının təşkili məqsədini daşıyır.
01 may 2026-cı il tarixindən başlayan və 31 iyul 2026-cı il tarixinədək davam edəcək layihə çərçivəsində Quba, İsmayıllı, Astara və Masallı rayonlarında valideyn və müəllimlər üçün yay əməkdaşlıq düşərgələrinin təşkili, valideyn-müəllim əməkdaşlığına və uşaqların maraqlarına uyğun qeyri-formal müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Layihənin icrasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə yanaşı, tərəfdaş qurumlar kimi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, mərkəzi və yerli icra hakimiyyəti orqanları, regional təhsil idarələri, təhsil sektorları, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq nəzərdə tutulur.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 12 May 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















