Icma.az
close
up
RU
TDT nin hərbi əməkdaşlığının gücləndirilməsi zərurətdir

TDT nin hərbi əməkdaşlığının gücləndirilməsi zərurətdir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Müasir dövrdə dünya siyasəti və beynəlxalq münasibətlər sistemi olduqca mürəkkəb xarakterə malikdir. Beynəlxalq müstəvidə işbirliyi, rəqabət, ziddiyyət, inteqrasiya və konfrontasiya meyillərinin artdığı bir şəraitdə regional əməkdaşlıq və beynəlxalq təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət daşıyır.

Şübhəsiz, əsrlər boyu dünya tarixində bəşəri dəyərləri ilə özünəməxsus yer tutmuş türk xalqları məhz bu gün mürəkkəb beynəlxalq münasibətlər və qloballaşma şəraitində öz mövcudluğunu qoruyub saxlamaqda, həmçinin bəşəriyyətin inkişafına, inteqrasiya və əməkdaşlığa xüsusi töhfələr verməkdədirlər. Tarixin bütün dövrlərində ən müxtəlif sosio-mədəni, etno-mədəni və etno-siyasi proseslər və hadisələrin əsas məkanı qismində çıxış edən Avrasiyada türk xalqları müsbət regional və beynəlxalq dəyişikliklərə səbəb olan proseslərin baş verməsində özünəməxsus rol oynayıblar.

Türk dövlətlərinin əlaqələri güclənir

Dünyanın mövcud geosiyasi şərtləri fonunda türk dövlətləri arasında əməkdaşlıq münasibətləri bu gün daha aktual və vacib xarakter daşıyır. Xüsusilə, Avrasiyada mühüm geostrateji proseslərin baş verdiyi zamanda türk dövlətləri arasında çoxşaxəli, səmərəli və uğurlu əlaqələrin mövcud olması regional təhlükəsizlik, beynəlxalq inteqrasiya kontekstində çox mühüm əhəmiyyətə malikdir.

XXI əsrdə yeni dünya düzəninin formalaşdığı bir vaxtda Türk Dövlətləri Təşkilatı (TDT) öz gücünü daha da artırır. Malik olduğu resurslar, əhali sayı, coğrafi mövqeyi baxımından türk dünyası artıq qlobal miqyasda əsas geosiyasi, geoiqtisadi güc mərkəzlərindən birinə çevrilir. Türk dünyası ortaq tarix, dil və mədəniyyətə malik 7 müstəqil dövlət, bir neçə muxtar ərazidən ibarət böyük coğrafi məkandır. 2009-cu ildə Naxçıvanda təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu əməkdaşlığın daha da inkişaf etməsi və birliyin möhkəmlənməsi üçün mühüm platforma rolunu oynayır. 2021-ci ildə təşkilatın statusu və nüfuzu daha da yüksəldilərək Türk Dövlətləri Təşkilatı adlandırıldı və bu addım türk dünyasının beynəlxalq arenada söz sahibi kimi çıxış etməsinə imkan yaradır.

Prezident birgə hərbi təlimlərin vacibliyini vurğulayıb

Azərbaycan TDT-nin təsisçi üzvlərindən biri olaraq bu təşkilatın fəaliyyətində mühüm rol oynayır. Ölkəmiz təşkilat yaranan gündən ona xüsusi önəm vermiş və bu istiqaməti xarici siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirmişdir. Azərbaycan TDT-ni üzv və müşahidəçi dövlətlərlə əməkdaşlığı genişləndirmək və dərinləşdirmək üçün vacib platforma hesab edir. Azərbaycan dövləti TDT çərçivəsində qurumun nüfuzunu artırmaq və funksionallığını gücləndirmək üçün mütəmadi olaraq yeni təşəbbüslərlə çıxış edir. Məsələn, Azərbaycan Prezidentinin təklifi ilə TDT-də qeyri-rəsmi zirvə görüşlərinin keçirilməsi formatı təsis olunub, habelə 2023-cü il Astana sammitində İlham Əliyev təşkilatın fəaliyyət gündəminə hərbi-sənaye və müdafiə sahəsində əməkdaşlığın əlavə edilməsini təklif etmişdi. Ötən il Qəbələdə keçirilən Zirvə görüşündə isə Azərbaycan Prezidenti TDT ölkələrinin hərbi əməkdaşlığının elementi olaraq 2026-cı ildə birgə təlimlər keçirməsini təklif edib. Bu kimi təşəbbüslər Azərbaycanın TDT daxilində fəal mövqeyini və təşkilatın inkişafına verdiyi töhfəni nümayiş etdirir.

Yeri gəlmişkən, yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı dövlət başçısı bildirib ki,  dünyadakı proseslər o istiqamətdə gedir ki, hər bir ölkə ilk növbədə öz hərbi potensialını gücləndirməlidir, təhlükəsizliyini gücləndirməlidir. “Biz üzv ölkələrlə ikitərəfli formatda hərbi təlimlər keçiririk. Təbii ki, ən çox Türkiyə ilə, amma digər ölkələrlə də. Ancaq birgə hərbi təlimlərin keçirilməsində həm böyük rəmzi məna ola bilər, eyni zamanda, praktik nöqteyi-nəzərdən buna ehtiyac var. Çünki yenə də deyirəm, mən bunu artıq bir neçə ildir ki, dilə gətirirəm. Həm də ki, öz təhlilimi apararaq görürəm ki, bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var”, - deyə Prezident vurğulayıb. 

Bu gün Azərbaycan TDT-nin üzvü olan əksər dövlətlərlə artıq ikitərəfli müstəvidə strateji tərəfdaşlıq və ya müttəfiqlik münasibətləri qurub ki, bu da təşkilat çərçivəsində çoxtərəfli inteqrasiyaya əlverişli zəmin yaradır. Hazırda TDT-nin tamhüquqlu üzvləri Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır. Türkmənistan,  Macarıstan və Şimali Kipr Türk Respublikası isə müşahidəçi statusundadır. Üzvlərin siyasi iradəsi nəticəsində TDT son illərdə institusional inkişaf yolunda əhəmiyyətli addımlar atır - məsələn, Türk İnvestisiya Fondu, Türk Dövlətlərinin Birgə Media Platforması, Fövqəladə Hallarda Mülki Müdafiə Mexanizmi, Türk Dövlətləri Birgə Universiteti kimi yeni təsisat və proqramlar formalaşdırılır. Beləliklə, TDT təkcə mədəni-humanitar əlaqələr platforması olaraq qalmır, eyni zamanda, iqtisadi və təhlükəsizlik məsələlərini də gündəminə alaraq daha səmərəli bir inteqrasiya qurumu şəklində təşəkkül tapır.

Cənubi Qafqaz və Orta Asiyada geosiyasi dəyişikliklər fonunda...

Son illər Cənubi Qafqaz və Orta Asiya bölgələrində mühüm geosiyasi dəyişikliklər baş verir. Bu dəyişikliklər kontekstində türk dünyasının birliyi və koordinasiyası həm regiondaxili stabillik, həm də böyük güclərin rəqabətində tarazlığın qorunması baxımından önəm kəsb edir. İlk növbədə, 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsi Cənubi Qafqazda güc nisbətini dəyişdi. Bu hadisə təkcə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə qalmadı, eyni zamanda türk dövlətləri arasında həmrəyliyin mümkünsüz olmadığını praktikada göstərdi.

Orta Asiya regionunda da türk respublikalarının birlik meyilləri güclənib. Bunun da səbəbi həm dünyada, həm də yaxın regionlarda mürəkkəb qlobal proseslərin davam etməsidir. Bu proseslərin zərərlərindən yayınmaq üçün güclənmək, o cümlədən türk dövlətləri arasında hərbi əməkdaşlığı genişləndirmək zəruridir. Ona görə də, Prezident İlham Əliyevin müsahibədə dediyi kimi biz hərbi gücümüzü artırırıq. “Biz Türkiyə ilə rəsmi müttəfiqlik formatında əməkdaşlıq edirik, o cümlədən hərbi müttəfiqlik, o cümlədən bir-birinə hərbi yardım çərçivəsində. Ancaq yaxşı olardı ki, ailəmiz olan türk dövlətləri bu istiqamətdə də əməkdaşlığa başlasınlar. Bunu təklif etməklə mən heç də hansısa hərbi təşkilatın yaradılmasını təklif etmirəm. Bəziləri bunu belə yozurlar. Yox, bu, tamamilə əsassızdır. Biz indi sadəcə olaraq, energetika sahəsində, nəqliyyat sahəsində, ticarət, investisiya qoyuluşu, bir çox sahələrdə əməkdaşlıq edirik. Nə üçün bu sahədə də əməkdaşlıq etməyək? Nəzərə alsaq ki, bu gün bütün ölkələr üçün bu, bir nömrəli məsələdir, ona görə təklifim qüvvədədir” - deyə Prezident söyləyib.

Türk birliyinin geosiyasi əhəmiyyəti, həm də ondan ibarətdir ki, bu əməkdaşlıq böyük güclər arasında rəqabətin artdığı bir şəraitdə region ölkələri üçün “strateji kollektiv cavab” rolunu oynayır . Məsələn, 2022-ci ildən sonra Avropa ilə Çin arasındakı ticarət marşrutlarının Rusiya üzərindən keçməsi riskli hala gəldikdə, Orta Dəhliz kimi tanınan Trans-Xəzər nəqliyyat yolunun strateji dəyəri yüksəldi. Hazırda Orta Dəhlizin əsas iştirakçıları məhz Türk Dövlətləri Təşkilatının üzvləridir. Azərbaycan üçün isə türk birliyi Cənubi Qafqazda regional güc balansını öz xeyrinə dəyişdirmək, mövqelərini həm siyasi, həm iqtisadi baxımdan möhkəmləndirmək üçün əlverişli geosiyasi platformadır. Bütün bunların fonunda TDT üzvləri arasında hərbi əməkdaşlığın gücləndirilməsi olduqca vacibdir.

Nardar BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Yanvar 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri