Icma.az
close
up
RU
Valideynin bağışladığı evdən pay tələb etmək mümkündür? VACİB AÇIQLAMA

Valideynin bağışladığı evdən pay tələb etmək mümkündür? VACİB AÇIQLAMA

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Valideynin sağlığında əmlakını övladlarından yalnız birinə bağışlaması məsələsi cəmiyyətdə tez-tez mübahisə doğurur. Xüsusilə digər övladların bu halda pay hüququnun olub-olmaması ilə bağlı suallar yaranır. 

Bəs bağışlanan əmlakdan digər övladlar pay tələb edə bilər?

Mövzu ilə bağlı "Azpolitika"ya açıqlama verən Azərbaycan İstehlakçılar Şurasının sədri, vəkil Roman Qaraşov bildirib ki, şəxs sağlığında özünəməxsus əmlakı övladlarından birinə və ya başqasına qanunvericiliyin tələblərinə uyğun qaydada bağışlayıbsa, digər övladlar həmin əmlakdan avtomatik pay tələb edə bilməzlər:

"Əmlak bağışlama müqaviləsi ilə hədiyyə alan şəxsin mülkiyyətinə keçdiyi üçün mülk artıq bağışlayan şəxsin mülkiyyətində qalmır və sonradan miras kütləsinin tərkibinə daxil edilmir. Bununla belə, məsələ hər bir halda bağışlamanın nə vaxt və hansı şəraitdə həyata keçirilməsindən asılıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakı barədə bağışlama yolu ilə sərəncam verə bilər. Lakin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüquqları ilə məhdudlaşdırılmış olmamalıdır. Konstitusiya Məhkəməsi də bu normanı Mülki Məcəllənin 1193 və 1200-cü maddələri ilə əlaqəli şəkildə şərh edərək bildirib ki, bağışlama yolu ilə məcburi pay hüququ olan vərəsələrin qanunla qorunan hüquqlarının aradan qaldırılması mümkün deyil. Mülki Məcəllənin 1193-cü maddəsinə görə, miras qoyanın uşaqlarının, valideynlərinin, ərinin və ya arvadının mirasda məcburi pay hüququ var. Bu pay qanun üzrə vərəsəlik zamanı həmin şəxsə çatmalı olan payın yarısını təşkil edir. Yəni valideynin sağlığında əmlakı bir övlada bağışlaması digərlərinin həmin əmlak üzərində dərhal mülkiyyət hüququ verməsə də, müəyyən hallarda gələcəkdə məcburi pay məsələsinin ortaya çıxmasına səbəb ola bilər. Xüsusilə, nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1200-cü maddəsi məcburi pay hüququ olan şəxslərə bağışlanan əmlakla bağlı xüsusi müdafiə mexanizmi verir. Əgər miras qoyan sağlığında əmlakı başqa şəxsə, o cümlədən övladlarından birinə bağışlayıbsa, həmin vərəsə öz məcburi payının tamamlanmasını tələb edə bilər. Lakin burada mühüm müddət şərti var. Belə ki, miras qoyanın vəfat etdiyi tarixədək bağışlamadan iki il keçibsə, həmin hədiyyə məcburi payın hesablanması zamanı nəzərə alınmır. Başqa sözlə, digər övladın “bu əmlak valideynimizə məxsus idi, mən də övladam və mütləq pay almalıyam” deməsi özlüyündə kifayət etmir. Hüquqi baxımdan bağışlamanın etibarlılığı, əmlakın kimə məxsusluğu, bağışlama zamanı ər-arvadın ümumi əmlak rejiminin olub-olmaması, bağışlamadan miras açılanadək keçən müddət və məcburi payın faktiki pozulub-pozulmaması araşdırılmalıdır".

Vəkilin sözlərinə görə, Konstitusiya Məhkəməsinin 8 yanvar 2021-ci il tarixli qərarında da göstərilib ki, bu halda söhbət bağışlama müqaviləsinin avtomatik ləğvindən və ya digər övladın bağışlanmış əmlakda birbaşa pay sahibi olmasından deyil, qanunda nəzərdə tutulan şərtlərin mövcudluğu şəraitində məcburi payın tamamlanmasını tələb etmək hüququndan gedir:

"Əgər bağışlama müqaviləsinin özünün etibarsızlığına dair ayrıca əsaslar, məsələn, əqdin formal xarakter daşıması, iradə qüsuru, fəaliyyət qabiliyyəti ilə bağlı problem və ya əmlak üzərində sərəncam vermək hüququnun olmaması mövcuddursa, artıq həmin müqavilənin etibarsız hesab edilməsi ayrıca məhkəmə mübahisəsinin predmetidir".

Tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov da bildirib ki, bağışlanan əmlakdan digər övladlar heç bir pay tələb edə bilməzlər:

"Əmlak bağışlandısa, o zaman tam mülkiyyət hüququ ilə bağışlanan şəxsə məxsus olur. Digər övladların, vərəsələrin bu əmlakdan heç bir pay hüququ əmələ gəlmir".

Günəş Fərəh

Azpolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Sentyabr 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri