Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Valideynin tərbiyəvi dəstəyi azaldıqda, uşaq başqa nüfuz mənbəyi axtarır” EKSPERTDƏN AÇIQLAMA

Valideynin tərbiyəvi dəstəyi azaldıqda, uşaq başqa nüfuz mənbəyi axtarır” EKSPERTDƏN AÇIQLAMA

Icma.az, Avtosfer saytına istinadən bildirir.

Son illərdə cəmiyyətin müxtəlif təbəqələrində tez-tez səslənən bir narahatlıq var: “Uşaqlar artıq bizi dinləmir.” Valideynlə övlad arasında olan emosional bağın zəifləməsi, nəzarətin getdikcə formal və səthi hal alması həm ailədaxili münasibətlərə, həm də ümumilikdə cəmiyyətə mənfi təsir göstərir.

Texnologiyanın sürətlə inkişaf etdiyi, sosial medianın uşaqların gündəlik həyatının əsas hissəsinə çevrildiyi bu dövrdə ailə nəzarətinin zəifləməsi artıq sosial problemlərin başlanğıc nöqtəsinə çevrilməkdədir. Uşaqlar valideynlərini deyil, ekran qarşısında gördüklərini nümunə götürür, davranış modellərini isə real həyatdan deyil, virtual mühitdən formalaşdırırlar. Bu isə tərbiyədə dəyərlərin aşınmasına, aqressivlik, empati çatışmazlığı və məsuliyyətsiz yanaşmaların artmasına səbəb olur.

Bəs görəsən, valideyn nəzarətinin zəifləməsi cəmiyyətdə hansı fəsadlara yol açır?

Mövzu ilə bağlı sosioloq Yusif Nəbiyev Avtosfer.az-a açıqlamasında bildirib ki, nə qədər xoş səslənməsə də, etiraf etməliyik ki, bəli, dövrümüzdə ailə daxilində valideyn nəzarəti kəskin azalıb:

“Hətta bəzi ailələrdə bu nəzarət tamamən simvolik səviyyəyə enib. Bu nəzarət azalmasının əsas səbəbi isə modern həyat tərzinin yaratdığı struktur dəyişiklikləridir. İş saatlarının uzanması, iqtisadi təzyiqlər və ailə institutunun zəifləməsi valideynlərin həm fiziki, həm də emosional olaraq övladlarına yetərincə vaxt və diqqət ayırmalarına mane olur. Paralel olaraq, informasiyanın əsas mənbəyi kimi texnologiyanın, xüsusilə sosial medianın uşaqların həyatında dominant mövqe tutması, valideynin rolunu zəiflədir. Valideynin bir funksiyası da övlada bilik, informasiya və bu fonda dəyərlərin ötürülməsi idisə, artıq bu rolu sosial media oynamağa başlayır. Nəticədə, "sosial reproduksiya" dediyimiz dəyərlərin, norma və davranışların nəsildən-nəslə ötürülməsi prosesi kəsilmiş olur.

Zamanla uşaqların davranış formalaşmasında ciddi boşluqlar yaradır. Necə ki, yaranıb da. Bu bəllidir ki, valideynin tərbiyəvi və emosional dəstəyi azaldıqda, uşaqlar alternativ nüfuz mənbələri axtarmağa başlayırlar. Bu isə bəzən sosial mediada hansısa "fenomen", dost və ya yoldaşları arasında hansısa destruktiv davranışları olan marjinal fərd və ya tamamilə qeyri-sağlam mühitlərin nümayəndəsi ola bilir. Nəticədə, uşaqlar dəyərlərlə deyil, ani impulslarla davranan fərdlərə çevrilirlər. Bu da aqressiya, empatiyasızlıq, məsuliyyətsizlik kimi davranışlarla özünü göstərir”.

Sosioloq əlavə olaraq qeyd edib ki, digər tərəfdən, valideyn nəzarətinin zəifləməsi cəmiyyətin uzunmüddətli sosial kapitalına zərbə vurur:

“Cəmiyyətin əsas dayaq nöqtəsi olan ailə institutunun zəifləməsi, sosial bağların zədələnməsi və kollektiv məsuliyyət hissinin azalması ilə nəticələnir. Belə bir şəraitdə vətəndaşlıq şüuru formalaşmır, əxlaqi sərhədlər bulanır və bu da sosial nizamın pozulmasına, cinayətkarlığın və deviant davranışların artmasına gətirib çıxarır.
Sosioloji baxışla desək, ailə təkcə bioloji yox, həm də sosial institutdur – onu funksiyasızlaşdırmaq cəmiyyətin strukturunu zəiflətmək deməkdir. Çalışmaq lazımdır ki, gənc valideynlər bu istiqamətdə mütəmadi maarifləndirilsin və valideynlər üçün əlverişli nəzarət mexanizmləri yaradılsın”.
 

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Aprel 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri