Icma.az
close
up
RU
Valideynin vəzifəsi uşağının təhsilini dəstəkləməkdir, məktəbi maliyyələşdirmək deyil

Valideynin vəzifəsi uşağının təhsilini dəstəkləməkdir, məktəbi maliyyələşdirmək deyil

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Yeni tədris ilinin başlanmasına sayılı günlər qalıb. "Ənənəvi" olaraq bu il də məktəbqabağı neqativ hallar artıq özünü göstərməyə başlayıb. Bir sıra məktəblərdə valideynlərdən “sinif təmiri” üçün əlavə vəsait yığılması halları müşahidə olunur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında keçmiş deputat, təhsil eksperti Sona Əliyeva bildirdi ki, yeni tədris ili başlamamış, neqativ halların baş verməsi ilə bağlı söyləntilər artıq eşidilməyə başlayıb.

"Halbuki dövlətimiz məktəblərin təmirinə, tikintisinə və infrastrukturun yaxşılaşdırılmasına hər il vəsait ayırır. Belə halların baş verməsi valideynlərdə haqlı narazılıq yaradır və məktəb-valideyn münasibətlərinə kölgə salır. Təhsil pulsuz və əlçatan olmalıdır, əlavə ödənişlərin tələb edilməsi  qanunsuzdur. Əgər, belə hallara rast gəlinirsə, bu halın qarşısı qəti şəkildə alınmalıdır. Əgər hansısa məktəbdə təmirə ehtiyac varsa, bu məsələ rəsmi şəkildə aidiyyəti qurumlara çatdırılmalı, valideynlərin üzərinə yük qoyulmamalıdır".

Ekspert əlavə etdi ki, valideynin vəzifəsi uşağının təhsilini dəstəkləməkdir, məktəbi maliyyələşdirmək deyil.

"Məktəblərdə şəffaflıq gücləndirilməli, valideynlərin şikayət edə biləcəyi mexanizmlər işlək vəziyyətə gətirilməli və ictimai nəzarət artırılmalıdır. Təhsil mühiti hər kəs üçün ədalətli, şəffaf və övladlarımızın gələcəyinə layiq şəkildə təşkil olunmalıdır. Bu kimi hallara yol verənlər varsa, onlar müəllim olmağa, rəhbər vəzifə tutmağa layiq deyillər. Belə halları mütləq şəkildə ictimailəşdirmək, sosial qınağa çevirmək daha effektiv üsul olar, nəinki onları digər həmkarlarına şikayət etmək",- deyə Sona Əliyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Sentyabr 2025 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri