Icma.az
close
up
RU
“Valideynlər cəhaləti kənara qoymalı, övladlarını elmi əsaslarla yönləndirməlidirlər”

“Valideynlər cəhaləti kənara qoymalı, övladlarını elmi əsaslarla yönləndirməlidirlər”

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Cəmiyyətdə son zamanlar baş verən neqativ hadisələr, xüsusilə də gənclər və yeniyetmələr arasında artan aqressiya hallarının müşahidə olunması ciddi narahatlıq doğurur”.

Bu barədə “xalqcebhesi.az”a açıqlaması zamanı psixoloq Elmir Əkbər bildirib.

Onun sözlərinə görə, hazırda cəmiyyətimizdə baş verənlərin real mənzərəsi göründüyündən daha ağırdır: “Etiraf etməliyəm ki, mən də hamı kimi cəmiyyətdə gedən proseslərdən narahatam. Amma inanın ki, gördüklərimiz baş verənlərin cəmi 1 faizidir. Mənim elmi işim məhz gənclərin və yeniyetmələrin aqressiyası ilə bağlı olduğuna görə bu problemlərin bütün neqativ tərəflərini yaxından bilirəm. Təəssüf ki, doğrudan da məyusluq doğuran faktlar çoxdur. Məktəblər – yəni uşaqların və yeniyetmələrin əsas toplaşdığı yerlər – bu halların birbaşa müşahidə olunduğu məkanlara çevrilib”.

Psixoloq qeyd edib ki, təhsil sistemində də vəziyyət ideal deyil: “Məktəblərdə psixoloji xidmət yetərincə formalaşmayıb. Psixoloq ştatları azdır, işləyənlər də hər zaman peşəkar olmurlar. Bunun əsas səbəbi isə əməkhaqlarının aşağı olmasıdır. Peşəkar mütəxəssislər bu şərtlərlə işləmək istəmirlər. Amma problem təkcə məktəbdə deyil. Ən vacib məsələ ailədən başlayır. Uşağın şəxsiyyətinin, mənəvi və psixoloji xüsusiyyətlərinin formalaşması məktəbə qədərki dövrdən başlayır. Ailələr öz məsuliyyətlərini anlamalıdırlar. Valideynlər istəmirlər ki, onlara səhvləri göstərilsin. Amma bilməlidirlər ki, bu səhvlərin nəticəsini elə öz övladları çəkəcək. Narkomaniya, qumar, alkoqol və digər destruktiv vərdişlər bir çox ailələri məhv edir. Sosial şəbəkələr də artıq destruktiv təsir vasitəsinə çevrilib, gəncləri və uşaqları yanlış istiqamətlərə yönləndirir”.

Psixoloq vurğulayıb ki, psixoloji problemlərin yaşı sürətlə gəncləşir: “Artıq uşaq yaşlarında belə ağır psixoloji diaqnozlarla rastlaşırıq. Bunun səbəbi vaxtında düzgün psixoloji yönləndirmənin olmamasıdır. Təəssüf ki, bir çox valideynlər mütəxəssisə müraciət etməkdən çəkinirlər, amma falçıya və cadugərə rahatlıqla gedirlər. Nəticədə problem böyüyür və artıq fəsadlar yarananda yardım etmək gec olur. Halbuki ən effektiv müalicə – vaxtında aparılan profilaktikadır”.

Sonda mütəxəssis valideynlərə çağırış edib: “Valideynlər cəhaləti, nadanlığı kənara qoymalı, övladlarını müasir elmi biliklər əsasında formalaşdırmalıdırlar. Uşaq dünyaya gəlməzdən əvvəl belə ailələr planlaşdırmalı və düşünməlidirlər ki, həm özlərini, həm də cəmiyyəti təhlükə ilə üz-üzə qoymasınlar”.

Günel Elxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Oktyabr 2025 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri