Icma.az
close
up
RU
Valideynlər ChatGPT də övladlarını izləyə biləcək

Valideynlər ChatGPT də övladlarını izləyə biləcək

Lent az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

OpenAI bildirib ki, yaxın 1 ay ərzində ChatGPT tətbiqində valideyn nəzarəti funksiyası əlavə olunacaq.

Lent.az xarici KİV-ə istinadən qeyd edir ki, valideynlər öz hesablarını 13 yaşdan yuxarı yeniyetmənin hesabı ilə əlaqələndirə, modelin davranış qaydalarını təyin edə, yaddaşı və söhbət tarixini aktivləşdirib-deaktiv edə biləcəklər. Həmçinin ChatGPT yeniyetmənin stress vəziyyətində olduğunu müəyyənləşdirərək bu barədə valideynlərə məlumat göndərəcək. OpenAI şirkəti təhlükəsizlik tədbirlərini sərtləşdirir, bunun fonunda şirkətə qarşı 16 yaşlı Adam Raine-nin intihar etməsi ilə bağlı valideynləri tərəfindən məhkəmə iddiası qaldırılıb. İddiaçılar bildiriblər ki, 2024-cü ilin sonundan etibarən Adam mütəmadi olaraq problemlərini ChatGPT ilə müzakirə edib, süni intellekt isə onun meyllərini dəstəkləyib və son dialoqlardan birində hətta vida məktubu tərtib etməyi təklif edib.

Şirkət əvvəlcə etiraf edib ki, uzun dialoqlar zamanı modelləri təhlükəsizlik protokollarına daha zəif riayət edə bilər. Bu problemin həlli üzərində hazırda OpenAI mütəxəssisləri çalışır, həmçinin şirkət dünyanın müxtəlif yerlərindən 250 ekspertdən ibarət qrup formalaşdırıb və onlarla əlavə məsləhətləşmələr aparacaq. Hazırda ChatGPT artıq istifadəçilərə hara müraciət edə biləcəkləri barədə göstəriş verməyə öyrədilib: buna misal olaraq universal findahelpline.com saytını gətirmək olar. Valideyn nəzarətinin tətbiqindən əlavə, OpenAI həssas mövzular üzrə dialoqları GPT-5 Thinking və o3 kimi məntiqi düşünən modellərə daha fəal yönləndirməyi planlaşdırır. Şirkətin daxili sınaqları göstərib ki, bu cür modellər təhlükəsizlik protokollarına daha yaxşı riayət edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Sentyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri