Icma.az
close
up
RU
Valideynlərə XƏBƏRDARLIQ: Uşaqlarınıza Labubu oyuncaqları almayın, çünki… KONKRET

Valideynlərə XƏBƏRDARLIQ: Uşaqlarınıza Labubu oyuncaqları almayın, çünki… KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ İstehlakçı Məhsullarının Təhlükəsizliyi Komissiyası (CPSC) saxta “Labubu” oyuncaqlarının uşaqlar üçün toksik və mexaniki təhlükələr yaratdığı barədə xəbərdarlıq edib. Maraqlıdır, toksik və mexaniki təhlükələri nəzərə alaraq, hansı yaş qruplarında bu tip oyuncaqların tam qadağan edilməsi daha məqsədəuyğundur?

Məsələ ilə bağlı pediatr Elşən Tağıyev KONKRET.az-a açıqlama verib. Həkim bildirib ki, saxta oyuncaqların istehsalında tez-tez beynəlxalq standartlara uyğun olmayan materiallardan istifadə olunur:

* Ağır metallar (qurğuşun, kadmium, civə) – sinir sistemi zədələnməsi, öyrənmə və davranış pozuntuları riskini artırır.

•Ucuz boyalar və kimyəvi yapışdırıcılar – allergiya, dəri qıcıqlanması və hətta toksik zəhərlənmələrə səbəb ola bilər.

Pediatrın sözlərinə görə, xüsusilə 0–6 yaşlı uşaqlar daha böyük risk altındadır:

•Onlar oyuncaqları tez-tez ağızlarına aparır, bu isə kimyəvi maddələrin birbaşa qəbuluna gətirib çıxarır.
•Xırda hissələrin qopması boğulma təhlükəsi yaradır.
•İti ucluqlar kəsik və yaralara səbəb ola bilər.
•Uşaqlar batareyaları uda bilər ki, bu da həyati təhlükəlidir.

 Yaş qrupları üzrə risklər:
•0–3 yaş: Oyuncaqlar tam qadağan edilməlidir.
•3–6 yaş: Yüksək risk – bu yaşda da istifadəyə icazə verilməməlidir.
•6–8 yaş: Nisbətən az risk olsa da, toksik təsirlər təhlükəlidir.
•8 yaşdan yuxarı: Risk müəyyən qədər azalır, lakin kimyəvi maddələr hələ də təhlükə mənbəyidir.

Elşən Tağıyev qeyd edib ki, saxta “Labubu” oyuncaqları xüsusilə 0–6 yaş qrupunda tamamilə qadağan edilməli, daha böyük yaşlarda isə yalnız ciddi valideyn nəzarəti ilə istifadə olunmalıdır.

•Oyuncaqları yalnız etibarlı satıcılardan və sertifikatlı istehsalçılardan alın.
•“CE”, “ASTM”, “CPSC certified” və digər beynəlxalq təhlükəsizlik nişanlarına diqqət edin.
•Saxta məhsulların qiyməti real bazardan xeyli ucuz olu bu, xəbərdarlıq siqnalıdır.
•Oyuncağın kəskin qoxusu varsa, boyası tez soyulursa və ya dəridə qıcıqlanma yaradırsa, istifadəsini dərhal dayandırın.

 Pediatr həmçinin əlavə edib ki, hətta orijinal “Labubu” oyuncaqları da 0–6 yaş üçün uyğun deyil. İstehsalçı şirkət bu məhsulları uşaq oyuncağı yox, koleksiya əşyası kimi təqdim edir və üzərində 14+ və ya 15+ yaş məhdudiyyəti göstərilir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 Avqust 2025 17:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri