Icma.az
close
up
RU
Valideynləri SOYURLAR, ödənişi əlbəəl ALIRLAR Vergidən yayınan təhsil kurslarını hansı CƏZA gözləyir?

Valideynləri SOYURLAR, ödənişi əlbəəl ALIRLAR Vergidən yayınan təhsil kurslarını hansı CƏZA gözləyir?

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Məktəblərdə tədrisin keyfiyyətinin aşağı olması, tədris proqramlarının ağırlığı, qəbul imtahanlarının ildən-ilə mürəkkəbləşməsi yuxarı sinif şagirdlərinin daha çox fərdi hazırlığa – repetitor yanına və təhsil kurslarına üz tutmaq məcburiyyətində qoyur.

Valideynlər də dəridən-qabıqdan çıxıb qazancının böyük hissəsini hazırlıq və kurs müəllimlərinə xərcləyirlər.

MÖVZU İLƏ BAĞLI:
DİM-in sınaq imtahanlarının qiyməti niyə BAHADIR? – AÇIQLAMA

Bu sahədə ən çox gəlir əldə edən hazırlıq kurslarında isə hər fənn ən azı 80-150 manata tədris olunur. Fərdi repetitorların hazırlıq qiymətləri də yuxarı siniflər üçün 100-150 manat arasında dəyişir. 5 fəndən, (bəzən 6 fəndən hazırlaşırlar) abituriyentin ödədiyi məbləğ təxminən 400-500 manat, bəzən isə daha artıq olur.

Abituriyentlərin ödənişləri əlbəəl alınır...

Amma qəribəsi odur ki, bu kursların bir çoxunda abituriyentlərin ödənişləri nağd, yəni əlbəəl alınır.

Bununla bağlı Bizim.Media-ya şikayət edən valideynlərdən biri övladının paytaxtdakı tanınmış hazırlıq kursuna getdiyini və ora hər ay ödənişin rəsmi qaydada, qəbzlə, post-terminalla deyil, sənədsiz-sübutsuz qəbul edildiyini bildirib.

Maraqlıdır, bəs, vergidən yayınmaq üçün aylıq ödənişləri sənədləşdirmədən, qəbz təqdim etmədən alan kurs rəhbərləri, repetitorlar bunun qanunsuz addım olduğunu bilmirlərmi?

33 500 000 manatlıq gəlir

Qeyd edək ki, paytaxtda 318 məktəb var və hər il təxminən

40 min-dən çox şagirdi IX sinfin, 27 minə yaxın şagird isə XI sinfin buraxılış imtahanını verir. Bu şagirdlərin böyük hissəsi də məhz təhsil kurslarında hazırlıq keçir.

Əgər bu rəqəmlərin yarısının kurslara qazandırdığı məbləği hesablasaq, bu, təxminən 33 500 000 manatlıq gəlir deməkdir.  Bu, həm də böyük məbləğdə vergidən yayınma, ciddi qanun pozuntusdur.

Biz hələ bu sıraya ölkədə fəaliyyət göstərən TOEFL, IELTS, SAT, GMAT | STIMUL kimi əlavə təhsil proqramları tədris edən kursların fəaliyyətini və gəlirlərini əlavə etməmişik.

Dili başqa, əməli başqa kurslar...

Bir sözlə, valideynlərin sağlam cəmiyyət üçün vicdanlı, savadlı, qanunpərəst vətəndaş yetişdirmək ümidi ilə üz tutduğu kursların bəzilərinin dili başqa, əməli başqadır...

Onu da qeyd edək ki, valideynlərin bəziləri kursların qəbz verməməsinin səbəbini vergidən yayınmaqla yanaşı, həm də məsuliyyətdən qaçmaq kimi də dəyərləndirir.

Onların fikrincə, bəzi təhsil kursları övladı gözlədiyi balı yığmadığı təqdirdə, valideynin hər hansı iddiasına cavab vermək məcburiyyətində qalmamaq üçün bu addımı atır.

Ödəniş qəbzi həm də onun abituriyentə satdığı təhsilin rəsmi təsdiqidir. Valideyn təhsil səviyyəsinin verilən məbləğə uyğun olmadığını iddia edə bilər. Bu səbəbdən də o, yaxasını məsuliyyətdən belə qurtarmağa çalışır. 
Maraqlıdır, bəs, vergidən yayınan təhsil kursları və fərdi repetitorları hansı cəza gözləyir?
Ümumiyyətlə, ölkədə nə qədər təhsil kursu var və onların neçəsi müntəzəm vergi ödəyicisidir
Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədovun mövzu ilə bağlı Bizim.Media-ya verdiyi məlumata görə, Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinə əsasən, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib:

““Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısına əsasən hazırlıq kursları və ya digər özəl təhsil qurumu ƏDV məqsədləri üçün qeydiyyatdan keçibsə və ya rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıqdırsa müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdır.
Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

Rəna Cumaqızı, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Yanvar 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see263

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see187

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see183

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see158

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see155

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see149

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see148

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see144

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see138

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see138

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see137

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see135

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see132

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri