Icma.az
close
up
RU
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? HÜQUQŞÜNAS

Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? HÜQUQŞÜNAS

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda uşağı tərbiyə etmək və ya intizamı qorumaq adı ilə ona fiziki və psixoloji zorakılıq göstərən valideynlər və digər məsul şəxslər 200 manat cərimələnə bilərlər.

Avtosfer.az xəbər verir ki, uşağın necə böyüməsində və davranışlarının formalaşmasında valideynlərin nəzarəti böyük rol oynayır. Bəzi valideynlər övladlarına fiziki cəza verməyi və psixoloji təzyiq göstərməyi intizam yaratmaq üsulu hesab edirlər. Lakin bu cür davranışlar uşağın psixologiyasına və gələcəkdəki davranışlarına mənfi təsir göstərə bilər.

Bəs fiziki və psixoloji zorakılıq uşaqların gələcəyinə necə təsir edir? Valideynlər övladlarını cəza vermədən necə tərbiyə etməlidirlər?

Mövzu ilə bağlı psixoloq Aygül Məlikova Avtosfer.az-a açıqlamasında bildirib ki, valideynlər elə düşünürlər ki, uşağı döydükləri zaman tərbiyələndirəcəklər, əksinə uşağın düşüncəsində aqressiyanı, şiddəti daha normallaşdırır:

"Bir müddətdən sonra artıq uşaq üçün döyülmək çox da böyük bir əhəmiyyət kəsb etmir və bunun üçün də davranışlarında nəsə düzəltmə ehtiyacı duymur. Uşaq yeniyetməlik yaşına gəlib çatanda isə  eyni şiddəti valideynlərinə qarşı tətbiq etməyə başlayır və aqressiv, gərgin olur. Uşaq valideynindən qorxmalı deyil, hörmət etməyi öyrənməlidir. Əgər uşaq hər hansı bir davranış sərgiləyirsə,o, davranışın altında mütləq ki, çox ciddi səbəblər olur. Uşaq etdiyi yanlış davranışın nəyə görə yanlış olduğunu bilməlidir. Təəssüf ki, bu gün uşaqlar yanlış davranışlarının əsas səbəbini dərk edə və problemin nədən qaynaqlandığını anlaya bilmirlər. Bu səbəbdən də uşaqlar daha çox səhvlərə yol verir və etdikləri davranışları adi hal kimi qəbul edirlər. Halbuki valideynlər üçün bu davranışlar ciddi və bəzən geri dönüşü olmayan yanlışlıqlar hesab olunur. Və uşağa şiddət göstərməyi qısa yol olaraq görürlər. Lakin uşaqlarla söhbət etmək, onları başa salmaq və düzgün istiqamətləndirmək valideynlərdən vaxt və səbir tələb edir. Bəzi valideynlər isə bu vaxtı övladlarına ayırmaq əvəzinə, həmin vaxtı yemək bişirməyə, telefondan istifadə etməyə, ailə üzvləri ilə danışmağa və ya başqa işlərə sərf edirlər. Təəssüf ki, bəzi valideynlər övladlarına vaxt ayırmağı ciddi problem hesab edir və buna kifayət qədər vaxtlarının olmadığını bildirirlər. Halbuki uşağın düzgün tərbiyə olunması üçün valideyn mütləq ona vaxt ayırmalı, onunla səmimi söhbət etməli və yol verdiyi yanlış davranışın mahiyyətini başa düşməsinə kömək etməlidir".

Hüquqşünas Kamandar Hüseynovun fikrincə isə, Azərbaycanda uşağı tərbiyə etmək və ya intizamı qorumaq adı ilə fiziki və psixoloji zorakılığa yol verən, cismani əzab verən valideynlər və digər məsul şəxslər üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsi ilə 200 manat cərimə nəzərdə tutulur:

"Valideynlərin övladlarını tərbiyə etmək adı ilə döyməsi, təhqir etməsi və şəxsiyyətini alçaltması qanunvericiliklə qadağandır. Hətta, valideyninin övladına qarşı mənəvi və fiziki zorakılığı faktı mütəmadi xarakter daşıyarsa, istər digər valideyin, istərsə də onu təmsil edəcək valideyni olmayan şəxslər üçün yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi üzrə komissiyanın müvafiq iddiası ilə həmin valideyin valideynlik hüquqlarından məhrum oluna bilər. Uşaqlarda xəsarət alması halları aşkar olunarsa valideyin müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126,127 və 128 ci maddələrində nəzərdə tutulmuş sağlamlığa ziyan vurma maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 11 Noyabr 2026 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri