Valideynlərin etdiyi bu səhv uşaqlarda ayaq əyriliyinin riskini artırır Açıqlama
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
"Uşaqlarda ayaq əyriliklərinin qarşısını almaq üçün vaxtından erkən gəzdiriciyə qoymamaq lazımdır. Məsələn, 6 aylıq, çəkisi çox olan uşağı biz götürüb gəzdiriciyə qoysaq, ayaqlar əyilməyə başlayacaq. Çünki vaxtından erkən bədən ağırlığı ayaqlarının üstünə düşərsə, əyilmə artır, riski artır".
Redaktor.az xəbər verir ki, bu fikirləri həkim-pediatr Günay Rəsulova sosial media hesabındakı paylaşımında deyib.
Onun sözlərinə görə, uşağı 10 ayından tez "xadulka"ya qoymaq ayaq əyrilikləri riskini çoxaldır.
"10 ayından sonra belə "xadulka" uşaqlarda travmaların ən yüksək, ən çox görülən səbəbi olduğuna görə çox da məsləhət gördüyümüz bir şey deyil. Ona görə çalışın, körpələri "xadulka"ya heç qoymayın. 10 ayından erkən isə ümumiyyətlə qoymayın ki, ayaqda əyriliklər olmasın".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 18 Avqust 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















