Icma.az
close
up
RU
Valideynlərin məktəb xərcləri yenidən artır Açıqlama

Valideynlərin məktəb xərcləri yenidən artır Açıqlama

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Yeni tədris ilinin başlamasına az müddət qaldıqca valideynlərin məktəb alış-verişinə hazırlığı da sürətlənir. Məktəbli forması, çanta, dəftər, qələm, dəftərxana və digər zəruri ləvazimatların alınması ailələrin qarşısında əlavə xərc yaradır. Xüsusilə son dövrlərdə müxtəlif məhsul və xidmətlər üzrə qiymətlərin artması fonunda məktəb hazırlığının valideynlərin büdcəsinə düşən yükü də gündəmə gəlir. Hazırda bazarda məktəbli çantalarının qiymətləri model və keyfiyyətindən asılı olaraq geniş aralıqda dəyişir.
Yeni tədris ili ərəfəsində tələbatın artması bəzi məktəb məhsullarının qiymətlərinə də təsir göstərə bilər. Digər tərəfdən, ailələrin daha münasib qiymətə məhsullara üstünlük verməsi bazarda müxtəlif qiymət seqmentlərinin formalaşmasına səbəb olur. Məktəbli formalarının 2026–2027-ci tədris ili üçün qiymətləri də artıq açıqlanıb.
Bəs yeni tədris ilinin başlaması ilə məktəbli ləvazimatlarının qiymətlərində hansı dəyişikliklər gözlənilir? Mövcud qiymətlər aztəminatlı ailələrin uşaqlarını bütün zəruri məktəb ləvazimatları ilə təmin etməsinə nə dərəcədə imkan verir və məktəb hazırlığı ailə büdcəsinə nə qədər yük yaradır?
Demokrat.az-a bu barədə açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, tələbat artanda qiymətlər müəyyən qədər yüksəlir və ya satıcılar əvvəlki kimi endirimlər etmirlər.
Onun sözlərinə görə, tələbatın aşağı olduğu dövrlərdə satıcılar müəyyən endirimlər edir, müxtəlif kampaniyalar keçirir və alıcıları cəlb etmək üçün qiymət güzəştləri edirlər:
“Amma tələbatın çox olduğu dövrdə bu cür kampaniyaları, endirimləri və qiymət güzəştlərini etmirlər. Çünki məhsula tələbat onsuz da yüksəkdir və satıcının əlavə güzəşt etməsinə ehtiyac qalmır. Yəni tələbatın artması qiymətin aşağı salınması ehtimalını aradan qaldırır və əksinə, qiymətin müəyyən qədər bahalaşmasına səbəb olur.
Ona görə də bu cür tədris dövrlərində, xüsusilə yeni tədris ilinin başlamasına yaxın vaxtlarda məktəbli ləvazimatlarına tələbatın artması ilə əlaqədar qiymətlərin müəyyən qədər yüksəlməsi müşahidə olunur. Valideynlər eyni vaxtda çanta, dəftər, qələm, karandaş, məktəb forması və digər zəruri ləvazimatları almağa başladığı üçün bazarda tələbat artır və bu da qiymətlərə təsir göstərir.
Mövcud qiymətlər əslində hər bir ailəyə uşaqları üçün bütün zəruri məktəb ləvazimatlarını almağa imkan vermir. Çünki məktəbə hazırlıq üçün tələb olunan xərclər yalnız bir məhsulla məhdudlaşmır. Çantadan tutmuş dəftər, qələm, karandaş, boya, albom və digər ləvazimatlara qədər kifayət qədər məhsul almaq lazım gəlir. Bunların hər birinin qiyməti ayrı-ayrılıqda çox yüksək görünməsə də, hamısı birlikdə ailə büdcəsinə ciddi yük yarada bilir.
Bu qiymətlər keçənilki qiymətlərdən cüzi fərqlənir. Yəni bu xərclər əvvəl də mövcud idi, sadəcə qiymətlərdə müəyyən dəyişikliklər müşahidə olunur. Əlbəttə, bu vəziyyət aztəminatlı ailələrə daha ağır təsir göstərir. Bu xərclər aztəminatlı ailələrin büdcəsinə daha ciddi təsir edir, nəinki yüksək təminatlı ailələrin büdcəsinə. Çünki gəliri məhdud olan ailələr üçün məktəbə hazırlıqla bağlı əlavə xərclər ümumi ailə büdcəsində daha böyük pay tutur və digər gündəlik ehtiyaclar üçün ayrılan vəsaitin də azalmasına səbəb ola bilər.
Hazırkı vəziyyətdə bu cür xərclərin ailələrin büdcəsinə müəyyən təsir göstərməsi təbiidir. Xüsusilə tədris ilinin başlanması ərəfəsində məktəbli ləvazimatlarına tələbatın artması qiymətlərdə müəyyən dəyişikliklərə səbəb ola bilər. Bu da ailələrin məktəb hazırlığı ilə bağlı xərclərinin bir qədər artmasına gətirib çıxara bilər”, - deyə iqtisadçı fikrini tamamlayıb.
Nuray Paşşanlı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Avqust 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri