Icma.az
close
up
RU
“Bir qaşıq da ye” Valideynlərin uşaqları yedirdərkən etdiyi səhv

“Bir qaşıq da ye” Valideynlərin uşaqları yedirdərkən etdiyi səhv

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

“İstirahət zamanı valideynlərin uşaqların qidalanmasında etdiyi ən böyük səhvlərdən biri uşağı zorla yedirtməkdir”.

Moderator.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun doktorantı Regina Nemətova açıqlayıb.

Onun sözlərinə görə, valideynlərin uşaqları yeməyə məcbur etməsi onların aclıq və toxluq hissinin formalaşmasına mənfi təsir göstərə bilər:

“Valideynlərin tez-tez işlətdiyi “Bir qaşıq da ye” cümləsi bəzən uşağın aclıq və toxluq hissini pozur. Uşaq nə qədər və nə zaman yeməli olduğunu öz bədəninin siqnallarına əsasən öyrənməlidir”.

R.Nemətova bildirib ki, xüsusilə istirahət zamanı valideynlərin yol verdiyi digər geniş yayılmış səhvlərdən biri də uşağın menyusunu yalnız onun sevdiyi qidalarla məhdudlaşdırmaqdır. Onun sözlərinə görə, qızartma, fast-food və digər yüksək kalorili, lakin qida dəyəri aşağı məhsullara üstünlük verilməsi uşağın tərəvəz, balıq və digər faydalı qidalardan uzaqlaşmasına səbəb ola bilər.

“Bir çox ailədə şirənin faydalı olduğu düşünülür. Halbuki hazır şirələr, xüsusilə də şəkər əlavə edilmiş məhsullar, uşaqlar üçün əlavə şəkər mənbəyinə çevrilə bilər. Buna görə də uşaqların gündəlik qidalanmasında suya üstünlük verilməsi daha məqsədəuyğundur”, – deyə pediatr qeyd edib.

R.Nemətova vurğulayıb ki, valideynlərin qidalanmada etdiyi səhvlərdən biri də uşağın zəif görünməsindən narahat olaraq ona həddindən artıq kalorili qidalar verməsidir:

“Sağlam uşaq hər zaman kök uşaq demək deyil. Uşağın qidalanması onun yaşına, inkişafına və fərdi ehtiyaclarına uyğun qiymətləndirilməlidir. Fast-food və paketlənmiş məhsulların “ara-sıra” istifadəsi də zamanla gündəlik vərdişə çevrilə bilər”.

Pediatr səhər yeməyinin də uşaqların qidalanmasında mühüm yer tutduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, səhər yeməyinin mütəmadi olaraq ötürülməsi gün ərzində uşağın enerji səviyyəsinə və diqqətinə mənfi təsir göstərə bilər.

R.Nemətova qeyd edib ki, uşaqların qidalanmasında əsas məqsəd onları sadəcə doyurmaq deyil, erkən yaşlardan sağlam və balanslı qidalanma vərdişi formalaşdırmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Avqust 2026 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri