Valideynlərin nəzərinə: Uşaqlara 2 yaşadək bunu etmək lazımdır
Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Uşaqlar 2 yaşadək poliomielitə qarşı 5 doza peyvənd almalıdır.
"Yeni Sabah" xəbər verir ki, oral poliomielit peyvəndi (OPV) uşaqları iflicə və hətta ölümə səbəb ola bilən poliomielit xəstəliyindən qorumaq üçün istifadə olunur. Peyvənd ağız yolu ilə, damcı şəklində qəbul edilir.
Azərbaycanın Milli Peyvənd Təqviminə əsasən, OPV peyvəndi uşaqlara müəyyən edilmiş aylarda ilkin və təkrar dozalar şəklində verilir. Hər bir uşaq 2 yaşadək poliomielit əleyhinə vaksinin 5 dozasını almalıdır. Dominos pizza
Peyvəndləmə poliomielitə qarşı immun müdafiənin formalaşmasında mühüm rol oynayır. Xəstəlikdən qorunmaq üçün peyvənd təqvimində nəzərdə tutulan bütün dozaların qəbul edilməsi vacibdir.
Valideynlər uşaqlarının peyvənd təqviminə uyğun olaraq peyvənd olunmasına və bütün dozaları vaxtında almasına diqqət yetirməlidirlər.
Baxış sayı:144
Bu xəbər 17 Oktyabr 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















