Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 10 iyun, AZƏRTAC
Uşaqların sosial şəbəkədə qeydiyyatına qoyulacaq bəzi məhdudiyyətlər valideynlərin və qəyyumların sosial şəbəkə platformalarında onlara yumşaq nəzarət mexanizmini gücləndirəcək. Eyni zamanda, bununla orta məktəblərdə, məktəbəqədər müəssisələrdə uşaqların və yeniyetmələrin internetdən, sosial şəbəkələrdən istifadə qaydaları müəyyənləşəcək. Bütün bunların məqsədi bu gün ailədən də, məktəblərdən də daha güclü təsir imkanına malik olan sosial şəbəkələrin sağlam mühit kimi uşaqların sosiallaşmasına roluna dəstək verməkdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.
Onun sözlərinə görə, son dövlərdə sosial şəbəkələrdə qəzəb və aqressiya dolu hüquqazidd paylaşımlar çoxalmışdı: “Bu da uşaqların davranış pozuntusuna səbəb olur. Hətta bir sıra ölkələrdə mövcud olan bulinqlər Azərbaycanda da məhz sosial şəbəkələr vasitəsilə uşaq və yeniyetmələrə mənfi təsir göstərir. Ölkəmizdə uşaq və yeniyetmələr arasında cinayət hadisələrinin təhlili göstərdi ki, bu tip cinayətlər Azərbaycan cəmiyyətinin sosial xarakterinə uyğun deyil”.
Sosioloq qeyd edib ki, bu baxımdan sosial şəbəkələrlə bağlı qanunvericiliyə ediləcək dəyişikliklər bu platformanın sağlam bir mühitə çevrilməsinə rəvac verə bilər: “Ancaq bu, təkcə qərarlarla, sərəncamlarla qanunvericilikdə dəyişikliklərlə deyil, həm də valideynlərin də iştirakı ilə olmalıdır. Bu məsələyə korporativ sosial məsuliyyət çərçivəsində ailə, məktəb və hüquq mühafizə orqanları, eləcə də media birgə əməkdaşlıq çərçivəsində təsir göstərə bilər. Bunun nəticəsində sosial şəbəkə platformalarında məhz bu sosial anemiya hallarının qarşısı almaq mümkündür”, - deyə Ü.Şəfiyev əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 10 İyun 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















