Icma.az
close
up
RU
Sosial şəbəkə fenomenləri:

Sosial şəbəkə fenomenləri:

Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial media fenomenləri bu gün gənclərin həyatında böyük təsir gücünə malikdir. Onlar çox zaman izləyicilərinə “müvəffəqiyyət”, “gözəllik”, “mükəmməl həyat” kimi anlayışları təqdim edərək cəlbedici bir obraz yaradırlar. Lakin bu obrazlar çox vaxt reallığı əks etdirmir və gənclərin düşüncə tərzini, dəyərlərini mənfi istiqamətdə formalaşdıra bilir.

Onlardan bəziləri diqqət çəkmək və izləyici qazanmaq məqsədilə qeyri-etik davranışları, səthi həyat tərzini və məsuliyyətsizliyi təbliğ edirlər. Bu isə gənclərdə yanlış təsəvvür yaradır. Sanki müvəffəqiyyət yalnız zahiri görünüş, bahalı əşyalar və məşhurluqla ölçülür. Nəticədə gənclər real məqsədlərdən uzaqlaşır, öz dəyərlərini unudur və başqalarının təsiri altında qalırlar.

Bu barədə sosioloq və pedaqoq Mail Yaqub Missiya.Az-a danışıb.

"Sosial media saysız-hesabsız faydaları ilə bərabər bir çox fəsadlarda yaradır. Həmin fəsadlardan biri də budur ki, bəzən zərrə qədər əxlaqı, mənəviyyatı olmayan əksinə cəmiyyətin və insanların mənəviyyatı və əxlaqına ziyan vuran, onu darmadağın edən insanlar sosial şəbəkə vasitəsi ilə məşhurlaşır və gənclərin rol modelinə çevrilməyə başlayırlar. Bəzən elə təzahür formalaşır ki, sanki sadəcə bu faktor insanı dəyərə mindirir. Yəni insanın heç bir dəyəri yoxdur və sadəcə onu qiymətli edən bir nüans var oda tanınmasıdır". 

Sosioloqun sözlərinə görə, sırf məşhur olduğuna görə gənclər belə şəxsləri heyranlıq obyetinə çevirirlər və özlərini bir növ onlara bənzətməyə çalışırlar. Düşündükdə ki, belə şəxslərin hansı keyfiyyərləri var? Bu zaman qarşılaşdığımız mənzərə qaneedici deyil. Çünki onlardan bəzilərinin məşhur olmaq və ya pulunun olmasından başqa yüksək keyfiyyətləri yoxdur. Nə dəyər, nə savad, nə də əxlaq və mənəviyyat burada ön plandadır.

"Biz bunun qarşısını ala bilmərik. Sadəcə burada bir yol görünür ki, gənclərə dəyərli insanları təbliğ edək. Bu problemi görən dövlət qurumları və şəxslər əgər cəmiyyətə ürəkləri yanırsa, onlar real dəyər və çəkisi olan insanları təbliğ etməlidirlər. Həmçinin bu istiqamətdə də müəyyən vəsait ayrılmalıdır, əks təqdirdə inkişaf mümkün deyil. Cəmiyyətdə real çəkisi olan insanları işıqlandırmaq lazımdır. Hansı insanlar ki, onlar məşhur deyillər, amma onların elmi və əxlaqi dəyəri var".

İlahə Qənbərli
Missiya.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://missiya.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see212

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see202

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see199

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see192

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see185

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see182

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see179

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see178

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see175

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see174

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see172

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see169

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see168

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see166

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see165

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see164

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see162

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see162

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see161

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri