Icma.az
close
up
RU
Valideynlik müqavilə ilə başlasa... Soroqatlıq tendensiyaya çevrilir

Valideynlik müqavilə ilə başlasa... Soroqatlıq tendensiyaya çevrilir

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bir vaxtlar yalnız tibbi ehtiyacdan doğan, ana olma imkanı olmayan qadınlar üçün çıxış yolu kimi görünən soroqat ana (daşıyıcı ana) anlayışı bu gün artıq seçim forması alır. Ənənəvi ailə modeli dəyişir, cəmiyyət fərqliləşir və yeni həyat tərzi ilə soroqatlıq artıq bir zərurət deyil, bir “variant” kimi qarşılanır.

Bəzi insanlar karyera, şəxsi azadlıq və ya münasibət qurmaq istəmədiyi üçün ailə həyatı yaşamır, amma bioloji valideyn olmaq istəyir. Bu zaman soroqat ana “həll yolu” olur. Bəzən keçmiş travmalar, güvən problemi və ya sadəcə nikah institutuna inamsızlıq, insanları evliliyi keçib, birbaşa valideynliyə keçməyə sövq edir. Yaxud da maddi baxımdan təminatlı şəxslər artıq uşaq sahibi olmaq üçün ənənəvi yollarla deyil, texnoloji və hüquqi mexanizmlərlə hərəkət edir. Pul verir, müqavilə bağlayır və valideyn olur.

Soroqat ana başqa bir insanın mayalanmış embrionunu bətnində daşıyaraq doğan qadındır. Bir çox ölkələrdə soroqatlıq müqavilə əsasında həyata keçirilir. Pul müqabilində razılaşma əldə olunur və ana doğuşdan sonra uşağın hüquqları valideynə keçir. Bəzi etika mütəxəssisləri bu prosesi “insan bədəni üzərində kommersiya əməliyyatı” kimi qiymətləndirir. Digərləri isə bu tendensiyanı tibbin və fərdi azadlığın inkişafı kimi görür.

Azərbaycan qanunvericiliyi soroqat analığı rəsmi olaraq tənzimləmir. Bu sahədə qanuni boşluq olduğu üçün rəsmi olaraq soroqatlıqla bağlı fəaliyyət göstərmək qadağan deyil, amma qanunla qorunan da deyil.

Dünyanın bir çox ölkəsində artıq təkcə qadınlar deyil, subay kişilər də soroqat ana vasitəsilə valideyn olurlar. Sosial şəbəkələrdə bu tip paylaşmalar artdıqca, yeni bir sual yaranır: “Ailə strukturu da dəyişirmi?”

Uşağın anası yoxdur, çünki o sadəcə daşıyıcı idi. Ata bəzən təkdir, bəzən cütlükdür, bəzən isə heç yoxdur. Hüquqi şəxsiyyətlər arasında transferlər aparılır. Bu yeni model nə qədər davamlıdır, cəmiyyətə necə təsir edəcək, bu hələ açıq sualdır.

Soroqatlıq tibb və texnologiyanın insan həyatına gətirdiyi ən radikal imkanlardan biridir. Amma bu imkan etik, sosial və hüquqi suallarla müşayiət olunur.

Əgər uşaqlar sevgidən doğulmursa, müqavilə ilə sifariş verilirsə, bu, valideynlik anlayışını dəyişir. Seçim etmək hüququ müasirdir, amma seçimlərin dəyəri və nəticəsi də eyni dərəcədə ağırdır.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 13 Avqust 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see218

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see182

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see169

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see169

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see150

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see149

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see146

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see141

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see137

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see136

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see135

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri