Icma.az
close
up
RU
Van İ: ABŞ Çinə bərabər, hörmətli və qarşılıqlı faydalı şəkildə davranmalıdır

Van İ: ABŞ Çinə bərabər, hörmətli və qarşılıqlı faydalı şəkildə davranmalıdır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Pekin, 12 iyul, AZƏRTAC

ABŞ-ın Çinə qarşı siyasəti dinc yanaşı yaşamaq və qarşılıqlı faydalı əməkdaşlıq məqsədinə söykənməlidir. Birləşmiş Ştatlar Çinə bərabər, hörmətli və qarşılıqlı faydalı şəkildə davranmalıdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Van İ ABŞ dövlət katibi Mark Rubio ilə görüşdə deyib.

ASEAN xarici işlər nazirlərinin Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən iclası çərçivəsində baş tutan görüşdə Çin rəsmisi iki ölkənin bir-birini anlamasından ötrü düzgün yolun tapılması üçün birlikdə işləməli olduqlarını bildirib. O, ABŞ tərəfinin Çinə obyektiv, rasional və praqmatik münasibətlə baxacağına ümid etdiyini deyib.

Van İ ölkəsinin Çin-ABŞ münasibətlərinin inkişafı ilə bağlı prinsipial mövqeyini hərtərəfli izah edib, tərəflərin dövlət başçılarının əldə etdiyi mühüm konsensusu konkret siyasət və fəaliyyətə çevirməli olduqlarını vurğulayıb.

Görüşdə Çin-ABŞ münasibətləri və ümumi maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb. Tərəflər görüşü müsbət, praqmatik və konstruktiv hesab edərək, ikitərəfli münasibətlərin inkişafı, fikir ayrılıqlarını idarə edilməsi və əməkdaşlıq sahələrini genişləndirməsi yollarını araşdırmaq üçün diplomatik kanallar, müxtəlif sfera və səviyyələrdə kommunikasiya və dialoqu gücləndirməyə razılaşıblar.

Bu, Marko Rubionun dövlət katibi vəzifəsində Çinin xarici siyasət idarəsinin rəhbəri ilə ilk görüşüdür. O, dövlət katibi vəzifəsinin icrasına başlayandan qısa müddət sonra Van i ilə telefonda danışıb. Marko Rubio Respublikaçılar Partiyasından senator olduğu 14 il ərzində Çinə qarşı sərt mövqeyi ilə tanınıb. Bu səbəbdən 2020-ci ildə Pekin onu “qara siyahı”ya salıb və hələ də sanksiya altındadır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyul 2025 03:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see302

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see263

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see243

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see190

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see172

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see158

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see141

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see138

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri