Icma.az
close
up
RU
Çin və ABŞ qarşılıqlı şəkildə rüsum tətbiqini azaldır

Çin və ABŞ qarşılıqlı şəkildə rüsum tətbiqini azaldır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Pekin, 12 may, AZƏRTAC

Çin və ABŞ Cenevrədə 2 günlük ticarət danışıqlarının yekununda gözlənilməz irəliləyiş əldə edərək ilkin mərhələdə 90 günlük müddətinə bir-birlərinin mallarına rüsum tətbiqini azaltmaq barədə razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə Cenevrə danışıqlarının yekununa dair imzalanmış birgə bəyanatda qeyd edilir.

Razılaşmaya görə, mayın 14-dən ABŞ Çin mallarına tətbiq etdiyi tarifləri müvəqqəti olaraq 30 faizə, Çin isə Amerika idxalına tətbiq etdiyi rüsumları 10 faizə endirəcək. Bəyanatda dünyanın iki ən böyük iqtisadiyyatı arasında əldə olunan razılaşma əhəmiyyətli irəliləyiş kimi xarakterizə olunub. Tərəflər, həmçinin Çin Baş nazirinin müavini Hı Lifen, ABŞ-ın maliyyə naziri Skot Bessent və ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qririn rəhbərliyi altında iqtisadi və ticarət əlaqələri ilə bağlı müzakirələri davam etdirmək üçün mexanizm yaratmaq barədə razılığa gəliblər.

Qeyd edək ki, mayın 10-11-də Cenevrədə Çin ilə ABŞ arasında ticarət mübahisələrinə dair danışıqlar keçirilib. Danışıqlarda Çin nümayəndə heyətinə Baş nazirin müavini Hı Lifen, ABŞ nümayəndə heyətinə maliyyə naziri Skott Besent rəhbərlik edib. Bu, Donald Trampın hazırkı prezidentliyi dövründə iki ölkə arasında rüsum və ya ticarət müharibəsi başlayandan bəri ilk yüksəksəviyyəli təmasdır. Çin tərəfi görüşün ABŞ-ın istəyi əsasında baş tutduğunu açıqlayıb.

Donald Tramp administrasiyası Çin mallarına tətbiq olunan idxal rüsumlarını mərhələli şəkildə artıraraq 145 faizə yüksəldib. Buna cavab olaraq, Çin ABŞ-dan idxal edilən mallara gömrük rüsumlarını 125 faizə qaldırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri