Icma.az
close
up
RU
Vaqif Cavadov 2 ci məktubu da açdı İndi növbə sənindi haa...

Vaqif Cavadov 2 ci məktubu da açdı İndi növbə sənindi haa...

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

Ustadların yaratdığı obrazlar ölümsüzdür də. Allah rəhmət eləsin Məlik Dadaşova, Adil İskəndərova. “Axırıncı aşırım”dan dialoqları yadıma düşdü. Qəmlo Kərbəlayi İsmayıla necə deyir? 

“Gəldim, səni xəbərdar eləyim. İndi növbə sənindi haa, Kərbəlayi...”

Girməyək təzədən statistikaya, ürəyiniz sıxılmasın rəqəmlərin içində. Hə, Vaqif Cavadovun “Sumqayıt”ı 10 oyundur ki, 1 qol belə vura bilmir. Dəhşətdir. 4 qolla qucaqladıqları kubokla da “4 qol”la salam-sağolu kəsdilər.

Məktub hekayəsini sizə danışmışdım, oxumayanlar bir də nəzər yetirsin (elə burdan).

Bəli, vədə yetişdi, “Sabah”la kubok matçından sonra baş tutan mətbuat konfransında Vaqif Cavadov 2-ci məktubu da açdı. Baxmayaraq ki, aylardır inadla çəkməcəni açmırdı, məktubun üstünü day toz basmışdı. Hər məğlubiyyətdən sonra futbolçularından razı qaldığını təkidlə vurğulayan Cavadov, dünən 2-ci məktubun qırağından cırdı, başladı oxumağa. 

”Bu qədər oyundur qol vura bilmiriksə, deməli futbolçularımızda klas, ustalıq səviyyəsi, keyfiyyət çatışmır”. Cavadovun bu sözləri nə mətbuatda geniş yazıldı, nə də üstündə çox duruldu. Amma qardaşınız verdiyi sualın cavabında baş məşqçidən bu sözləri eşitdi. Yəni, 2-ci məktubdakı məsləhətləri: “Yanındakıları günahlandır”.

1-ci məktubda yazılan “keçmişi günahlandır” məsləhətinə aylar əvvəl əməl etmişdi Vaqif müəllim. Samir Abasovdan təhvil aldığı komandanın fiziki yetərsiz olduğunu deyib 3 ay qazanan Cavadov dünən etibarilə 2-ci məktubu da beləcə açmış oldu...

Həmkarlarımız arasında belə bir ifadə var. Hansı komanda o həftə “Qarabağ”a qarşı oynayırsa, həmin komanda haqda “bu həftə turu boş keçir” deyə zarafat var. Yəni onsuz da, “Qarabağ“ udacaq” mənasında işlənir. İnsafla danışsaq, “Qarabağ”la matçda onsuz da “Sumqayıt” turu boş keçəcək. Gəlin, bu oyunda da gənc məşqçiyə şans verək. Amma “Kəpəz”lə matçda da alınmayacaq 3 xala görə... Həəə, onda artıq çox təəssüf ki, Cavadov son məktubu da açmalı olacaq.

Gəldim, səni xəbərdar eləyim. İndi məktub yazma növbəsi sənindi haa, Cavadov...

Samir Abasovun "Sumqayıt"a "xəyanət"inə nöqtə Vaqif Cavadov 1-ci məktubu açdı, Samir Abasovun adı çıxdı “F1 75 Live”: Londonda iyirmi sürücünün gözqamaşdıran tanıtımı baş tutub Media yoxsa "semiçka" sektoru? - Giley-güzar Samir Abasov: “Belə şeylər ancaq mənim başıma gəlir”
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://apasport.az
archiveBu xəbər 28 Fevral 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri