Icma.az
close
up
RU
Vaqif Cavadov: “Yaxşı gündə dostlar ətrafda olur”

Vaqif Cavadov: “Yaxşı gündə dostlar ətrafda olur”

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Yaxşı rəqiblə qarşılaşdıq. "Zirə" iddialı komandadır. Onlar elə birinci hissənin 15 dəqiqəsində gücünü göstərdi. Təəssüf ki, fərdi səhvlər buraxdığımız üçün qapımızda qollar gördük. Demək olar ki, görüşün 30 dəqiqəsində görüşün taleyi həll olundu. Amma mən komandamdan razıyam. Ümidvaram ki, gec-tez sindromu qıracağıq. Ruhdan düşmürük. Biz hər məğlubiyyətdən sonra güclənirik. Qarşıda “Neftçi” ilə oyun var. Bu, bizim üçün dönüş ola bilər".

- Bu vəziyyətdən çıxmaq üçün hansı planınız var?
- Komandaya gələndə enişdə idik. Amma ardıcıl xallar qazandıq və irəlilədik. Geridə qalan son 5 matçda 3 dəfə uduzmuşuq, lakin 2 dəfə bərabərə qalmışıq. Əslində isə qlobal bir şey yoxdu. Bəzi oyunçulara tam uyğunlaşmaq üçün vaxt lazım gəlir. Hücumda daha fəal olmalıyıq. Uyğunlaşma prosesini nəzərə almalıyıq. Hansı ki, bu, tez baş vermir. Onları əsas heyətdə oynadaraq komandaya uyğunlaşdırmağa məcburuq. 

- "Sumqayıt" artıq təhlükəli zonaya doğru gedir...
- Premyer Liqada qarşıda 13 tur var. Panikaya düşmək lazım deyil. Biz yolumuza davam edəcəyik. Futbolçular məsuliyyəti hiss edəcək və bu da bizim üçün faydalı olacaq. Ən çətin gündə yanında olanlar əsl dostlarındır. Peşəkarlıq belə məqamda belə şeylərdə üzə çıxır. Yaxşı gündə dostlar ətrafda olur. Hər şey qarşıdadır, problem yoxdur. Qarşıdakı matçlarda uğurlu nəticə əldə edəcəyimizə inanıram. 

- Bəs, Kamran Quliyevin oynamamasının səbəbi nədədir?
- O, mənim gəlişindən sonra daha çox oynayıb. Kamrana güvənimiz var. Amma yeni forvardın gəlişindən sonra sanki istəyi azalıb. Buna görə əsas heyətdə yer almır. Bilirsiz, hər futbolçu start heyətində olmağa layiq olduğunu göstərməlidir. Rəqabət var və bunda qalib gəlmək lazımdır. Kamran önəmli futbolçudur. İnanıram ki, o da başa düşür və daha çox çalışacaq. 

- Amma Momo Yansane də ciddi nəyləsə yadda qalmır...
- Kamran Quliyev indiyə qədər 14 matçda əsas heyətdə yer alıb. Momo Yansanenin də formaya düşməsi üçün şans lazımdır. Oynamayacaqsa, nə üçün gətirmişik? Momonun potensialı var. Gec də olsa, bunu görəcəyik.

- Bəs, nəyə görə qol vurmağı bacarmırsız?
- Sadəcə səbirli olmaq gərəkdir. Nə zamansa, sindrom qırılacaq. Komandanın bundan sonra daha yaxşı olacağına inanıram.

- Neçə oyun olmalıdır ki, qol vura bilməməyinizi problem hesab edəsiz?
- "Qarabağ", “Araz-Naxçıvan”, “Sabah”a qarşı oyunlar oynamışıq. Bilirsiz, bəzi situasiyalar var. Hansı matçlarda qol vura bilmədiyimizi də nəzərə almaq lazımdır. Bəli, "Səbail"ə də, "Şamaxı"ya da məğlub olmuşuq. Bu da bizi məyus edir. Qol vura biıməmişik, qələbə də qazanmırıq. Lakin çempionatda turnir cədvəlində liderlər sırasında olan komandalardan xal da almışıq. Penalti də qazanırıq, vura bilmirik, hücumlar edirik, qol vurmaq alınmır. Deməli, nəsə var da…

"Məktəblərdə Futbol Dərsi" layihəsi davam edir Birinci Liqada XIV tura yekun vurulub "Zirə"nin hücum planı - Klub qərarını verdi "Neftçi" - "Qarabağ" matçının hakimləri açıqlanıb Nadir Nəbiyev: "İndiki halda limitin ləğv olunmasını istəməzdim, ancaq.."
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:239
embedMənbə:https://apasport.az
archiveBu xəbər 15 Fevral 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri