Icma.az
close
up
RU
Yaxşı təkliflərə hər zaman açıq olacağam Vaqif Cavadov

Yaxşı təkliflərə hər zaman açıq olacağam Vaqif Cavadov

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün "Sumqayıt"ın baş məşqçi vəzifəsindən ayrılan Vaqif Cavadov müqaviləsinə qarşılıqlı şəkildə xitam verilməsinə münasibət bildirib.

Modern.az xəbər verir ki, "Report"a açıqlama verən mütəxəssis rəhbərliyin qərarına hörmətlə yanaşdığını bildirib.

"Rəhbərliyin qərarıdır və hörmətlə yanaşıram. Sağ olsunlar ki, Premyer Liqada ilk baş məşqçi kimi təcrübəni mənə "Sumqayıt" rəhbərliyi yaşatdı. Mənə güvəndilər. Düşünürəm ki, öz növbəmdə klubu ən yaxşı şəkildə təmsil etdim. Qarşıma avrokuboklara düşmək məqsədi qoyulmamışdı. Hədəfimiz elitadakı yerimizi qorumaq idi ki, bunun da öhdəsindən gəlməyi bacardıq. Sadəcə, mövsümün son oyunlarında nəticələr ürəkaçan olmadığına görə belə bir qərar qəbul edildi. Hazırda PRO kateqoriyası üzrə məşqçilik kursum davam edir. Klubun aşağı yaş qruplarından ibarət komandalarından birində fəaliyyətimi davam etdirəcəyəm", - deyə V.Cavadov vurğulayıb.

Millinin sabiq üzvü klub rəhbərliyin yeni mövsümdə ona şans verməməsi barədə danışıb:

"Ola bilsin ki, rəhbərliyin növbəti mövsüm üçün şans verməyə zamanı yoxdur. Mən bunu normal qarşılayıram. Bu cür prosseslər futbolun içində var. İnanıram ki, növbəti illərdə yenidən böyük təkliflər alacağam. Rəhbərliklə bugünkü görüşümzdə bildirildi ki, qarşıdakı illərdə yenidən baş məşqçi kimi çalışa bilərəm".

35 yaşlı mütəxəssis bundan sonra yaxşı təkliflərə açıq olduğunu vurğulayıb:

"Əlbəttə, yaxşı təkliflərə hər zaman açıq olacağam. Artıq Premyer Liqada baş məşqçi kimi təcrübəm var. Bu iş elədir ki, bu gün buradasan, sabah başqa yerdə. Ona görə baş məşqçi kimi fəaliyyətimi davam etdirib, Azərbaycan futboluna faydalı olmaq istəyirəm. Lakin hazırda "Sumqayıt"dakı işimə davam edəcəyəm. Hansı yaş qrupunda çalışacağım dəqiq deyil".

Qeyd edək ki, Vaqif Cavadovun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib. Onunla ötən il 2,5 illik müqavilə imzalanmışdı.

"Sumqayıt" son olaraq Misli Premyer Liqasının XXXIV turunda "Kəpəz"ə 0:1 hesabı ilə məğlub olub. Komanda hazırda turnir cədvəlində 30 xalla doqquzuncu pillədə yer alıb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri