Icma.az
close
up
RU
Gəncədə Vaqif Poeziya Günləri keçirilib FOTO

Gəncədə Vaqif Poeziya Günləri keçirilib FOTO

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Vaqif Poeziya Günləri keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan başlayan ənənəvi poeziya bayramı Nizami yurdunda da ədəbiyyatsevərlərin böyük marağına səbəb olub. İlk olaraq görkəmli ədib Mir Cəlal Paşayevin ev-muzeyində poeziya saatı təşkil edilib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi ölkəmizdə Vaqif Poeziya Günlərinin keçirilməsinin əhəmiyyətindən söz açıb. Vurğulayıb ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb və onun tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən doğma yurdunda - Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlayıb. "Çalışırıq ki, hər il bu poeziya bayramı fərqli formatda olsun. Bu il keçirilən Vaqif Poeziya Günlərinin də ədəbiyyat və mədəniyyət həvəskarlarına unudulmaz anlar yaşadacağına inanırıq", - deyə İlqar Fəhmi bildirib.

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, eləcə də digər şair və yazıçılar böyük Azərbaycan şairi Molla Pənah Vaqifin irsindən bəhs edib, vətənpərvərlik mövzusunda yazılmış, eləcə də böyük şairə həsr olunmuş şeirlər səsləndiriblər.

Vaqif Poeziya Günləri çərçivəsində Gəncə Dövlət Filarmoniyasının solistlərinin, Filarmoniyanın nəzdində Xalq Çalğı Alətləri orkestrinin, "Göy-göl" Dövlət Mahnı və Rəqs ansamblının iştirakı ilə konsert proqramı da təşkil edilib. Azərbaycanın görkəmli bəstəkarlarının yaradıcılığından incilər, Molla Pənah Vaqifin əsərlərinə həsr olunan mahnılar səsləndirilib.
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:261
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 İyul 2025 23:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri