Icma.az
close
up
RU
Vaqif Sadıqov: “Qarabağ”ın uğuru uzun illərin zəhmətinin bəhrəsidir

Vaqif Sadıqov: “Qarabağ”ın uğuru uzun illərin zəhmətinin bəhrəsidir

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu oyunda “Qarabağ” hər kəsə mesaj göndərdi. Avropada "Qarabağ" adının olduğunu bir daha sübut etdi. Azərbaycanda futbolla məşğul olan var və buna inamınızı heç vaxt itirməyin”.

İdman.biz xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Mütəxəssis “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsinin I turunda Portuqaliya təmsilçisi “Benfika”nı 3:2 hesabı ilə məğlub etməsini tarixi zəfər adlandırıb: “Dünən hamımız çox pozitiv bir oyunun şahidi olduq. İndi nə desək, azdır. “Köhlən atlar” inamlı çıxışı ilə bizə futbol bayramı bəxş etdi. Portuqaliya kimi futbol ölkəsində güclü bir rəqibə qarşı müsbət nəticə qazanmaq, xüsusilə 0:2 hesabı ilə geri düşdükdən sonra iradə göstərərək sona qədər mübarizə aparmaq böyük uğurdur. “Qarabağ” məzmunlu oyunu ilə bizə əsl bayram yaşatdı. Bu qələbə bizi ruhlandırır”.

Sadıqov bildirib ki, bu uğur uzun illərin zəhmətinin bəhrəsidir: “Bu nəticə birdən-birə qazanılmayıb. Görülən iş öz bəhrəsini verir. “Qarabağ” yalnız tabloda yazılan nəticə ilə yox, həm də gözəl oyun üslubu ilə sevindirir. Bu, zəhmətin və komanda ruhunun nəticəsidir. “Qarabağ” bizim üçün qürurdur, nümunədir. Onun hər bir uğuruna sevinirik və ümid edirik ki, daha böyük nailiyyətlərin şahidi olacağıq”.

AFFA rəsmisi Azərbaycan futbolunun inkişafı üçün inamın önəmli rol oynadığını vurğulayıb: “İnam çox böyük amildir. Komandalara, məşqçilərə və futbolçulara inanmalıyıq. “Qarabağ” bu mənada nümunədir. "Köhlən atlar" göstərdi ki, Azərbaycan millisində və klublarında inam olarsa, əlindən gələni etmək mümkündür”.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin ilk oyununda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. Bu, Azərbaycan təmsilçilərinin qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində ilk qələbəsi kimi tarixə düşüb.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 17 Sentyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri