Icma.az
close
up
RU
Vaqif Sadıqov: Ümid edirik ki, “Neftçi” rəhbərliyi baş məşqçi məsələsində ən doğru addımı atacaq

Vaqif Sadıqov: Ümid edirik ki, “Neftçi” rəhbərliyi baş məşqçi məsələsində ən doğru addımı atacaq

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 24 noyabr, AZƏRTAC

Hər birimiz “Neftçi” ilə böyümüşük və bu klubla nəfəs alırıq. Tezliklə əvvəlki əzəmətini yenidən qaytaracağı günləri səbirsizliklə gözləyirik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov “Neftçi”nin bu mövsümdəki çıxışı barədə danışarkən deyib.

“Ağ-qaralar”ın keçmiş futbolçusu və baş məşqçisi Bakı təmsilçisinin stabil oyun nümayiş etdirə bilmədiyini bildirib: “Bəzi matçlarda “Neftçi” yaxşı təsir bağışlayır, meydanda istəkli çıxış edir. Lakin bəzən də nələrsə alınmır, çatışmazlıqlar üzə çıxır. Buna baxmayaraq, ümidimizi itirmirik və inanırıq ki, əvvəlki güclü “Neftçi”ni yenidən görə biləcəyik. Bu komanda gələcəkdə yenə də ölkə çempionatında ən yüksək yerlər uğrunda mübarizə aparacaq”.

V.Sadıqov baş məşqçi Samir Abasovun istefaya göndərilməsi ilə bağlı yayılan xəbərlərə də toxunub: “Hazırda bu məsələ ilə bağlı rəsmi qərar olmadığından fikir bildirmək düzgün olmaz. Ümid edirik ki, klub rəhbərliyi ən doğru addımı atacaq. Əminəm ki, bu qərar həm komandanın inkişafı, həm də azarkeşlərin gözləntiləri baxımından müsbət nəticə verəcək”.

Mütəxəssisin sözlərinə görə, “Neftçi” yaxşı heyətə malik olmasına baxmayaraq, nəticə üçün bir qədər zaman lazımdır: “Bu mövsüm komandaya bir sıra keyfiyyətli legioner futbolçular cəlb edilib. Lakin oyunçuların bir-birinə tam uyğunlaşması üçün müəyyən vaxta ehtiyac var. Əsas məsələ fərdi deyil, komanda oyununu qurmaqdır. Bunun üçün isə səbir və zaman lazımdır”.

Qeyd edək ki, “Neftçi” 12 turdan sonra Misli Premyer Liqasının turnir cədvəlində 15 xalla 8-ci pillədə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Noyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri